Novruz bayramının 3-cü çərşənbəsi olan Yel çərşənbəsində bir gündə 50 044 müxtəlif növ ağac tingi əkilib, 100 kiloqram toxum səpilib. SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, bunu Meşələrin İnkişafı Xidmətinin rəisi Ramik Əşrəfov bildirib.
O qeyd edib ki, gün ərzində Quba, Şəki, Oğuz, Beyləqan, Ağcabədi, İmişli, Yevlax, Bərdə, Zərdab, Ağdaş, Göygöl, Goranboy, Ağstafa və Tovuz rayonlarının meşə fondu torpaqlarında ağacəkmə tədbirləri keçirilib, hər bölgənin torpaq-iqlim şəraitinə uyğun müxtəlif ağac tingləri əkilib, toxumlar səpilib.
“Yaz əkin mövsümü başlayandan bu günədək ölkənin meşə fondu torpaqlarında Regional Meşə Təsərrüfatı Mərkəzlərinin əməkdaşları tərəfindən 1 285 000 müxtəlif növ ağac tingi əkilib, 10 200 kiloqram toxum səpilib”, - deyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB