“Sürətli təbliğat vasitələri bütün insanları siyasətçi edib“ - DİN XADİMİ

“Sürətli təbliğat vasitələri bütün insanları siyasətçi edib“ - DİN XADİMİ

“Yaşadığımız müasir dövr informasiya texnologiyalarının ən çox inkişaf etdiyi bir dövrdür. Sürətli təbliğat vasitələri demək olar ki, bütün insanları siyasətçi edib. Bundan istifadə edənlərin mövcud olması təbii və eyni zamanda qarşısıalınmaz bir reallıqdır”. Bu sözləri SİA-ya açıqlamasında din xadimi Hacı Mircəfər Əyyubov deyib.

O bildirib ki, əsas məsələ bizim bu hücumlar qarşısında hansı mövqedə olmağımızdır: “Milli-mənəvi immunitet güclənməsə qarşılıq vermək çox çətin olacaq. Buna nail olmaq üçün öz xalqına bağlı olan ziyalı və ruhanilərin ixtiyarına geniş mətbuat imkanları verilməsi münasib görünür. Eyni zamanda maarifləndirmə xarakterli verilişlərin, mənəvi motivləri olan ədəbiyyat və incəsənət əsərlərinin yaranmasına şərait yaradılması çox vacibdir. Qanunlar kifayət qədər sərt olsa da bilmək lazımdır ki, mədəni və mənəvi hücumları qanunla neytrallaşdırmaq mümkün deyil. Xalqımızın öz dini keçmişinə qaytarılması çıxış yolu kimi dəyərləndirilə bilər”.

Bütün xəbərlər Facebook səhifəmizdə