"Qohum Nikahları" ilə bağlı ictimai müzakirə keçirilir - YENİLƏNİR - FOTOLAR
Bu gün Sosial Tədqiqatlar Mərkəzində "Qohum Nikahları" ilə bağlı ictimai müzakirə keçirilir. SİA xəbər verir ki, tədbirdə "Xalq qəzeti"nin baş redaktoru Əflatun Amaşov, Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Sosial Tədqiqatlar Mərkəzi Media və Kommunikasiya departamentinin müdiri Əziz Əlibəyli, deputat, Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri Zahid Oruc, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin sektor müdiri Araz Poladov və Rüstəm Qasımov, Mədəniyyət komitəsinin sədri Fazil Mustafa, Ədliyyə Nazirliyi, Gənclər və İdman Nazirliyi, millət vəkilləri, ictimai şəxslər, ekspertlər, media nümayəndələri iştirak edirlər.
Açılış nitqi ilə Əziz Əlibəyli və Bahar Muradova çıxış ediblər.
Erkən və qohum nikahları, ən əsas qohum nikahları ilə məsələləri diqqətdə saxlamağın vacibliyi vurğulanıb. Qohum evliliklərinin mədəniyyət, din, etnik mənsubiyyətlə daha çox bağlı olduğu xatırlanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB