"Çalışırıq ki, Vətən Müharibəsi iştirakçılarına dəstək olaq" - Zaur Əliyev
"Bütün dövlət qurumları çalışıblar ki, müharibə iştirakçılarına psixoloji, tibbi, maddi və digər yardımlarla dəstək olsunlar". SİA xəbər verir ki, bu barədə “PTSP hallarında Yazılı Ekspozisiya Terapiyası” kitabının və CPT COACH Mobil tətbiqinin təqdimat mərasimində çıxışı zamanı İcbari Tibbi Sığorta Üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev deyib.
Onun sözlərinə görə, Vətən Müharibəsi dövrünə baxanda görürük ki 3 min şəhid, 15 mindən çox yaralı olub: "Bu gün yardım prosesinə "For Azerbaijan" kimi təşkilatlar qoşulub və "Paşa Sığorta" kimi şirkətlər dəstək olurlar. Çalışırıq ki, Vətən Müharibəsi iştirakçılarına dəstək olaq və onlar bundan ən az ziyanla çıxsınlar. Layihə ölkəmiz üçün çox gözəl bir layihədir"
.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB