“Sağlam psixologiyaya sahib olmaq üçün uşaq yaşlarından övladlarımızın güclü stres yaşamamasına diqqət etməliyik. Stres yaşadıqda həmin situasiyadan necə çıxmaq lazım olduğunu, stresə hazırlıqlı olmağı öyrətmək lazımdır. Valideynlər bir çox hallarda konfliktli situasiyadan, pis mühitdən uşaqları tamamilə uzaq tutmağa çalışırlar. Lakin uşaq nə vaxtsa elə bir mühitə düşdükdə, problemi yarandıqda güclü stres yaşaya bilir”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Fidan Nizamova deyib.
O bildirib ki, güclü stres isə özü ilə ardınca travma gətirir: “Uşağa kiçik münaqişələrin olduğunu, iki insanın hər hansısa məsələdə razılığa gələ bilmədiyini göstərmək lazımdır. Uşaq münaqişəni gördüyü kimi, onun həlli yolu və sonunu da mütləq şəkildə görməlidir.
Uşaqlara ölüm haqqında məlumat verilmədiyindən, onlar da bundan qorxurlar. Amma əslində qorxduqları məlumatsızlıqdır. Ətrafdan eşitdiyi yanlış fikirlərlə də daha da qorxusu artmağa, stres yaşamağa başlayır.
Burada valideynin də sağlam düşüncədə olması vacib rol oynayır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB