"Yuxuma gəl, şəhid balam" adlı kitabın təqdimatı keçirilir - YENİLƏNİR - FOTOLAR

"Yuxuma gəl, şəhid balam" adlı kitabın təqdimatı keçirilir - YENİLƏNİR - FOTOLAR

Bu gün Yazıçılar Birliyində Zeynəb Bəhmənlinin "Yuxuma gəl, şəhid balam" adlı kitabının təqdimatı keçirilir. SİA xəbər verir ki, təqdimatda Yazıçılar Birliyinin üzvləri, şair və yazıçılar iştirak edirlər.

Tədbir torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.

Kitab şəhid Allahverdiyev Rafiq Gülüş oğlu haqqında yazılmışdır.

Kitabın redaktoru şair-publisist "Qoşa Ulduz" jurnalının redaktoru, AJB-nin üzvü, "Qızıl qələm" ali media mükafatı laureatı Qızbəs Qəbələdir.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə