"Bunlar sosiopatiyanın ilkin əlamətlərindən sayılır" - PSİXOLOQ XƏBƏRDARLIQ ETDİ
Sosiopatiya nədir? Özünü necə büruzə verir? Mövzu ilə bağlı SİA-nın suallarını psixoloq Vəfa Rəşidova cavablandırıb.
Onun sözlərinə görə, aqressiya, ətrafındakı insanlara laqeyd davranışlar sosiopoatiyanın ilkin əlamətlərindən sayıla bilər: “Laqeydlik, aqressiya kimi simptomlar korreksiya olmadıqda sosiopatiyaya gətirib çıxara bilir. Məsələn, davranış pozuntusu olan uşaqları valideynləri psixoloqa aparmağa, korreksiyanı tez zamanda etməyə tələsirlər. Çünki hər kəsə bəllidir ki, belə uşaqlarda sosiopat olmaq ehtimalı yüksəkdir. Məsələn, qaydalara əməl etməmək, insanlara qarşı soyuqqanlılıq, laqeydlik, əsas simptomlardan bəziləridir. Sosiopatlar üçün qaydalar, başqa insanların duyğuları, seçimi, özünə olan hörməti o qədər də önəmli deyil. Əslində qadınları zəif görüb üstünə gedən, zorakılığa məruz qoyan insanlar sosiopat insanlardır. Bu gün cəmiyyətdə küçədə, nəqliyyatda, yolda sosiopat insanlarla rastlaşa bilərik”.
Psixoloq bildirib ki, sosiopatlığın qaynağı uşaqlıqdan gəlir: “Bunun səbəbi analar və ataların uşaqlarına mərhəmət hissini yükləməməsi ilə bağlıdır. Dünən belə bir vəziyyətlə rastlaşdım ki, uşaqlar digər bir uşağı vurub ağlatdılar və sonra üzlərini çevirib gülməyə başladılar. Sözügedən uşaqlar 6-7 yaşdadırlar. Orada anaları gəlib mərhəmət doğuran sözlərlə korreksiya etmədi. O uşağın bu davranışlarla sosiopat olma ehtimalı çoxdur. Bir ailədə uşağa sevgi, başqasının duyğularına hörmət etmək aşılanmırsa, o ailənin uşaqları sosiopatdırlar. Bütün təcavüzkarlar sosiopatdırlar. Kimisi bu kimi halları ehtirasla bağlayır amma bu elə bir şey deyil. Bu hamısı qaydalara və digər insanlara hörmətsizlikdən qaynaqlanır. Bunun da kökü ailədən gəlir. Çünki o ailələrdə qonşuya, ailə üzvünə hörmət, qaydalar pozulub, sözlərdə belə alçaldıcı ifadələr işlədilib. İlk olaraq davranış pozuntusu başlayır ki, düzəlmədikdə sosiopatiya ortaya çıxır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB