"Sərəncam ölkədə avromobillərin cavanlaşmasına gətirib çıxaracaq" - EKSPERTDƏN AÇIQLAMA
Prezident İlham Əliyev "Elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadənin təşviq edilməsi" haqqında Sərəncam imzalayıb. Sərəncamda elektrik mühərrikli avtomobillərin ölkəyə idxalı, onların elektrik məntəqələrinin təşkili və gömrük rüsumları ilə bağlı müddəalar yer alıb. Ölkə başçısının sərəncamı ölkədə elektromobil avtomobillərin istifadəsi istiqamətində səmərəliliyin artmasına istiqamətlənib. Bu avtomobillərin ucuzlaşmasına gətirib çıxaracaqmı? SİA olaraq mövzu ilə bağlı nəqliyyat eksperti Aslan Əsədovun fikrini öyrəndik.
Onun sözlərinə görə, müsbət inkişafa, uğura, nailiyyətə doğru atılan hər bir addım dəstəklənir və alqışlanır: “Bu proses demək olar ki, bir ildir başlanıb. Əslində bunun özəlliyi ondan ibarətdir ki, ekologiyanın dostudur. Ekologiya ili çərçivəsində, dünyanın ekoloji çətinliklə üz-üzə qaldığı zaman bu kimi addımlar ölkəmizin inkişafına yönəlib. Sərəncam eyni zamanda ölkədə avromobillərin cavanlaşmasına gətirib çıxaracaq”.
Ekspert bildirib ki, ölkədəki avtomobillərin təxminən 80%-i yaşı 10-dan yuxarı olan avtomobillərdir: “Elektromobillər və elektriklə işləyən avtomobillər yaşı 10 ildən az olan müasir avtomobillərdir. Onların özlərinin qiymətinin ucuzlaşması, ehtiyat hissələrinin gətirilməsi bunlar hamısı birmənalı olaraq proseslərə təsir edən amillərdir. Sual oluna bilər ki, vətəndaşlar indiyə qədər niyə maraqlı deyildi? Çünki müəyyən gömrük rüsumlarının baha olması, dövlətin dəstəyinin olmaması elektriklə işləyən avtomobillərin sayının artmasına çətinlik yaradırdı”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB