"Bu peşə sahibləri öz işlərini böyük ehtimalla itirəcəklər" - AYDINLIQ GƏTİRİLDİ
"Süni zəka vasitəsilə həm animasiya filmləri, həm də filmlərin hazırlanması mövzusu getdikcə trend olub". Bu sözləri SİA-ya açıqlamasında texnoblogger Tariyel Ağazadə deyib.

O bildirib ki, süni zəka mövzusu həqiqətən də bizim həyatımızı dəyişdirmək üçün yeni vasitəyə çevrilib. Həyatımızdakı bir çox sahələrə təsiri olacaq və onu tamamilə dəyişəcək bu alət gündəlik, məişətdə istifadə etdiyimiz bütün sahələrə inteqrasiya edib. Buna robot tozsoranı göstərə bilərik, hansı ki, süni zəka əsasında işləyir. Daha sonra avtomobil, telefonlarımız və sair göstərmək olar.
Bu onu deməyə əsas verir ki, ümumiyyətlə, sənayelər və insanların sahələrə olan münasibəti dəyişəcək. Yəni bəzi sahələrə ehtiyac da olmayacaq. Bu daha çox fiziki güc tələb edən sahələrdə, məsələn, sürücü, təmizləyici, proqramçılıq sahələri və sair bu peşə sahibləri öz işlərini böyük ehtimalla itirəcəklər. Məcburi olaraq yeni sahələr öyrənməli olacaqlar. Ümumi belədir, yaxşı tərəfi də odur ki, süni zəka həyatımızı asanlaşdırır, bir çox şeyi daha ucuz və əlçatan edir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB