“Dinlərarası harmoniya” festivalı keçirilib - YENİLƏNİB - FOTOLAR

“Dinlərarası harmoniya” festivalı keçirilib - YENİLƏNİB - FOTOLAR

Bu gün Azərbaycanda fəaliyyət göstərən dini qurumların təşkilatçılığı ilə “Dinlərarası harmoniya” festivalı keçirilib. SİA xəbər verir ki, ölkəmizdə mənəvi dəyərlərin, tolerant və multikultural ənənələrin inkişafı və təbliği məqsədilə təşkil olunan festivalda Qafqaz Müsəlmanları İdarəsi, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası, Dağ, Avropa, Gürcü yəhudiləri, Roma Katolik Kilsəsinin Apostol Prefekturası, Azərbaycan Bibliya Cəmiyyəti, Azərbaycan Bəhailəri Dini Mərkəzi, Alban-Udi Xristian, Krişna Şüuru, gürcü pravoslav və Molokan ruhani xristian dini qurumlarının fəaliyyətini əks etdirən fotosərgi, sənədli filmlər, videoçarxlar və musiqi proqramı nümayiş etdirilib.

Tədbir Azərbaycan himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Azərbaycan milli rəqs qrupunun rəqsi ilə festivalın açılışı olub.

Qeyd edək ki, festivala 8-10 mart tarixində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən Bakı şəhərində keçiriləcək “Müxtəlifliyin qorunması: 2024-cü ildə islamafobiya ilə mübarizə” konfransında iştirak edəcək xarici qonaqların da bəziləri qatılıb.

Festivala giriş sərbəstdir.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə