“Dinlərarası harmoniya” festivalı keçirilir - YENİLƏNİR - FOTOLAR

“Dinlərarası harmoniya” festivalı keçirilir - YENİLƏNİR - FOTOLAR

Bu gün Azərbaycanda fəaliyyət göstərən dini qurumların təşkilatçılığı ilə “Dinlərarası harmoniya” festivalı keçirilir. SİA xəbər verir ki, ölkəmizdə mənəvi dəyərlərin, tolerant və multikultural ənənələrin inkişafı və təbliği məqsədilə təşkil olunan festivalda Qafqaz Müsəlmanları İdarəsi, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası, Dağ, Avropa, Gürcü yəhudiləri, Roma Katolik Kilsəsinin Apostol Prefekturası, Azərbaycan Bibliya Cəmiyyəti, Azərbaycan Bəhailəri Dini Mərkəzi, Alban-Udi Xristian, Krişna Şüuru, gürcü pravoslav və Molokan ruhani xristian dini qurumlarının fəaliyyətini əks etdirən fotosərgi, sənədli filmlər, videoçarxlar və musiqi proqramı nümayiş etdirilir.

Festivala giriş sərbəstdir.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə