II Beynəlxalq Azərbaycan-Türkiyə Ödül Törəni keçirilib - FOTOLAR

II Beynəlxalq Azərbaycan-Türkiyə Ödül Törəni keçirilib - FOTOLAR

Bu gün II Beynəlxalq Azərbaycan-Türkiyə Qardaşlıq Ödül törəni keçirilib. SİA xəbər verir ki, layihənin əsasında Azərbaycan Prezidenti İlham Əliyevin fevralın 14-də baş tutan andiçmə mərasimi zamanı səsləndirdiyi "Bizim başqa ailəmiz yoxdur, ailəmiz Türk dünyasıdır" fikri dayanır.

Tədbir Azərbaycan Respublikasının və Türkiyə Cümhuriyyətinin Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Daha sonra layihə rəhbərləri Zirvə islahatlara dəstək ictimai birliyinin sədri Elçin Axundzadə və türk nümayəndə Hande Ayral çıxış edib. Onlar bildiriblər ki, bu ödül törəni növbəti dəfə Türkiyənin İstanbul şəhərində keçiriləcək. Eyni zamanda, tədbirin digər türkdilli dövlətlərdə də keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, ödül törənində Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayev, ATU-nun kafedra müdiri Məhbubə Vəliyeva, sahibkar Sevda Xanməmmədova, həm Azərbaycandan, həm də qardaş Türkiyədən şou-biznes nümayəndələri iştirak ediblər.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə