Alimlər mağaza qidalarını təhlil ediblər...

Alimlər mağaza qidalarını təhlil ediblər...

...Təxminən 10 milyon ABŞ sakininin istehlak etdiyi qidaları təhlil edən araşdırmaya əsaslanaraq alimlər belə qənaətə gəliblər ki, ultra emal olunmuş qida insan orqanizminə dağıdıcı təsir göstərir və tədricən bizim ölümümüzə səbəb olur.

Tədqiqatçılar bu təsirin xüsusilə ürək-damar sisteminə, maddələr mübadiləsinə və beyinə təsir edən 30-dan çox mənfi təsirlə müşayiət olunduğunu aşkar ediblər.

SİA-nın əldə etdiyi məlumata görə, tədqiqat müəllifləri ultra emal olunmuş qidaların yaratdığı əsas təhlükələri vurğulayırlar.

“Ultra emal edilmiş qida” termini nəyi nəzərdə tutur?

Bu kateqoriyaya qida sənayesi tərəfindən yüksək səviyyədə emal edilmiş məhsullar daxildir. Qidaları ultra emal edilmiş qidalara çevirən ümumi prosedurlara üyüdülmə, təmizlənmə, ekstraksiya, zənginləşdirmə, böyük miqdarda E-aşqarların və ləzzətlərin əlavə edilməsi və geniş ictimaiyyətə məlum olmayan kimyəvi maddələrlə emal daxildir.

Təbii ki, ev mətbəxinizdə bu üsullardan istifadə etmək məcburiyyətində deyilsiniz, ona görə də sənaye emal bizim evdə etdiyimizdən çox fərqlidir.

Qeyd edək ki, ərzaq mağazalarında məhsulların böyük əksəriyyəti, təxminən 80-90 faizi ultra emaldan keçir. Bu gün qidalanma prinsiplərimizin Amerika üslubuna yaxın olduğunu nəzərə alsaq, bu vacibdir.

Yeri gəlmişkən, bu gün az adam bilsə də, amma qeyd edək ki, o vaxt sovet qida sənayesi Amerika standartları əsasında yaradılıb.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə