"Münasibət quranda psixoloqa getmək yaxşı olardı, xüsusilə də, bir-birini tanımayan, təzə tanış olan insanlar". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Fidan Nizamova deyib.

Psixoloqun sözlərinə görə, o demək deyil ki, kimdəsə problem var: "Çünki bəzən insanlar əksəriyyət halda özlərini, travma, xasiyyətlərini tanımırlar. Münasibət qurmadan əvvəl də psixoloji müayinədən keçmələri vacibdir. Problem axtarmaq məqsədi ilə yox, təəssüflər olsun ki, bu cür psixoloqlar da olur ki, insanı narahat etməyən hər hansı yaranı, travmanı təzələyir. Onu müalicə etməyə başlayır. Mütləqdir ki, psixoloqların peşəkar olmasına diqqət etsinlər. Öz ürəklərinə yatan insanlarla seanslara getsinlər. Təbii olaraq da, kimləsə evlənmək üçün münasibət qururlarsa, əvvəl fərdi, sonra cütlük terapilərinə qoşulsunlar.
Bəzən insanlar uyğun olmadıqlarını bildikləri halda münasibətlərə girir, yaxud da davam etdirirlər, bunu sevgi adlandırırlar. Bu çox ciddi məsələdir. Sonra çox çətin olur. Sonradan insanları bir-birinə bağlayan çox şeylər olur. Ailə, nişan, qohum, problemlər və sair olur. Bütün bunlar baş vermədən insanlar səhhətlərini tanımalı, bir-birlərinin səhhətini tanımalıdırlar. Söhbət təkcə xasiyyətdən getmir. İnsanın qarşı tərəfin psixoloji durumunu görmək qabiliyyəti olmaya bilər. Bilə bilməz ki, psixoloji xəstədir. Bəlkə də, iki insanın bir yerdə olması təhlükədir. Həyat inkişaf etdiyi qədər də zərərli tərəfləri də çoxalır. Əvvəlki kimi münasibət qurmaq asan olmur. Psixoloji xəstəliklər, pozuntular artır. Pis vərdişlərin fərqli növləri peyda olmağa başlayır. Adi insan bunları görüb hiss etməyə bilər, xüsusən də, aşiq olduğu vaxtda. Evlilik öncə terapiyanı mütləq hesab edirəm. Hər iki tərəf üçün önəmli olduğunu vurğulamaq istəyirəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB