Anadangəlmə və təsadüfi tənbəllik xarakterimizə necə təsir edir? - PSİXOLOQ İZAH ETDİ
"Ertələmə, yəni sonraya saxlama davranışının müxtəlif səbəbləri ola bilər". Bu sözləri SİA-ya açıqlamasında uşaq, yeniyetmə və yetkin psixoloqu Nigar Ağabağırova deyib.

Psixoloq bildirib ki, insanın hansısa problemi ola bilər ki, insan o problemini düşünməkdən diqqəti işlərinə verə bilmir: "Eyni zamanda depressiyada olmaq da insanın həyatdakı fəaliyyətlərinə marağın, enerjisinin azalmasına səbəb ola bilər. Bu vəziyyət mütəxəssis tərəfindən müəyyən edilib dəyərləndirilməlidir.
Tənbəlliyin səbəbləri kimi aşağı yaşlardan etibarən valideynlərin övladlarına məsuliyyət verməməsi, həddindən artıq qoruyucu ailə tipi də uşaqlarda tənbəllik yarada bilər. Bəzən valideynlər düşünür ki, uşaqdır, qoy yorulmasın, yaxud uşaqdır, yaxşı bacarmaz deyə, onun yerinə öhdəlikləri yerinə yetirirlər. Gələcəkdə asılı şəxsiyyət, məsuliyyətsiz şəxsiyyət tipi meydana çıxır. İnsan ilk növbədə tənbəlliyini aradan qaldırmağı istəməlidir. Bir insan qarşısına məqsəd qoyursa, tez zamanda buna nail olacaq. Əgər bu çətindirsə, insan problemin öhdəsindən gəlməyi təkbaşına bacarmırsa, fəaliyyətlərini hissələrə bölərək, addım-addım həyata keçirməyə mütəxəssis ona kömək etməlidir. Mərhələli şəkildə psixoloq ev tapşırıqları verərək həmin insana bu problemdən azad olmağa kömək edir.
Anadangəlmə və təsadüfi tənbəllik xarakterimizə necə təsir edir? Ümumiyyətlə, şəxsin şəxsiyyət olaraq formalaşmasında irsi xüsusiyyətlərin, mühitin, tərbiyənin rolu danılmazdır. Ən çox pay mühitə düşür. Yəni düzgün mühitdə doğru da şəxsiyyət yetişdirə bilərik. Odur ki, insan tənbəlliyin aradan qaldırmaq istəsə, buna nail olacaq. Əgər özü ilə bacarmırsa, yenə nail olacaq. Sadəcə bir az zaman lazımdır. Psixoloq həmin insanın fəaliyyətlərini mərhələli şəkildə hissələrə bölərək problemdən azad olmaq üçün ona yardım edir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB