Lənkəranda ağacəkmə aksiyası keçirilib - FOTOLAR

Lənkəranda ağacəkmə aksiyası keçirilib - FOTOLAR

Bu gün Lənkəran Şəhər İcra Hakimiyyətinin və 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin birgə təşkilatçılıgı ilə Lənkəran şəhəri Heydər Əliyev prospektində ağacəkmə aksiyası keçirilib. "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində baş tutan bu tədbirdə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, İH-nin rəsmiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, 1 saylı ETSİ-nin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində olan digər qurumların əməkdaşları iştirak etmişlər.

Aksiya zamanı Heydər Əliyev prospekti boyu 250 ədəd sərv cinsli agac əkilib. Aksiyada həmçinin Lənkəran-Astara Regional Təhsil İdarəsinin kollektivi də fəallıq göstəriblər.

"Yaşıl dünya naminə həmrəylik ili" ilə bağlı ekoloji tədbirlər mütəmadi olaraq davam etdiriləcək.

Bəxtiyar Hüseynov, ekoloq

Bütün xəbərlər Facebook səhifəmizdə