"Politik qarşıdurmalar qlobal layihələrə ciddi təhdid yaradır" - İZAH EDİLDİ

"Politik qarşıdurmalar qlobal layihələrə ciddi təhdid yaradır" - İZAH EDİLDİ

"Geopolitik qarşıdurma, yaxud balanslar yeni formata keçdikcə ciddi əhəmiyyət kəsb edir". Bu sözləri SİA-ya açıqlamasında media eksperti Ələsgər Məmmədli deyib.

O bildirib ki, çünki dünya hal-hazırda Sovet dönəmindən sonra təkqütblü dünya iki qütblülüyə doğru sürətlə gedir: "Bir tərəfdə Rusiya eyni zamanda Rusiyanın dəstək verdiyi o cəbhədə yer alan Çin, Koreya və sair ölkələr, digər tərəfdə isə qərb ölkələri var. Belə olan halda politik qarşıdurmalar istər-istəməz qlobal layihələrə ciddi təhdid yaradır. Bu husilərin hücum etdiyi məsələnin özü də birmənalı olaraq mübahisəlidir. Bu yaxınlarda Putin Şimal dəhlizinin partladılması ilə bağlı ifadə işlətmişdi. İki şeyə baxmaq lazımdır. Birinci buna kimin gücü çatar, ikinci bu kimə sərf edər?

Eyni arqumentasiya ilə yola çıxsaq, husilərin belə bir potensialı var ki, dənizin altında hansısa kabelin yerini müəyyən edib ona zərər versin? Bu suallar düşünməyə açıq suallardır. Çox aydın iddialar da var. Orada husilər özləri bunu iddia edirlər ki, onlar yox, onlara yönəlik əməliyyat keçirən ingilis və Amerika gücləri partlatmış ola bilər. Şimal dəhlizindəki vəziyyətə bənzər bir vəziyyətdir. Çünki orada da faktiki olaraq proses Rusiyanın əleyhinə işləyirdi, faydalanan Almaniya idi. Onun da əleyhinə işləyirdi, amma prosesi dayandırmaq ən çox kimə lazım idisə, o, baş şübhəli şəxs olaraq görünür.

Bu aspektdən baxsaq, yeni geopolitik balanslarda orta dəhlizin alternativlər baxımdan hər zaman cəzbetmə vəziyyəti var. Çünki bu gün bir kanal üzərindən davam edən kommunikasiya imkanları hansısa səbəbdən zərər gördükdə böyük zərər topu hər tərəfi əhatə edə bilir. Biz bunu sosial şəbəkələrdə - "Facebook" və "Instagram" üzərində gördük. Dünyanın böyük hissəsi bir neçə saat aralıqlarla, kəsintilərlə sistemə girə bildi. Bu onu göstərir ki, bu tip mərkəz üzərinə qurulu strategiyalar hər zaman risklidir və riski bölmək, azaltmaq üçün alternativlər ola bilir. Bu baxımdan Rəqəmsal İpək yolu ideyası əslində uzaq ideya deyil, alternativdir. Həm də bu riskləri paylaşıb azaltmaq üçün zəruridir".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə