"Xəttə olan maşinistin sərnişinlə birbaşa təmasına icazə verilmir” - QURUM RƏSMİSİ DANIŞDI
“Bakı Metropoliteni çox mürəkkəb, şaxəli, geniş profilli müəssisə olduğundan hər bir sahənin özünəməxsus xüsusiyyətləri nəzərə alınmaqla təhlükəsizlik tədbirləri görülür. İnşaat sektoru və istismar sektoru üzrə fərqli yanaşmalar tətbiq olunur və hər biri müəyyən hüquqi normativ aktların tələblərinə uyğun olaraq həyata keçirilir”. Bu sözləri SİA-ya açıqlamasında Bakı Metropoliteninin mətbuat katibi Bəxtiyar Məmmədov deyib.
O bildirib ki, təhlükəsizlik anlayışı bir qədər genişdir: “Burada işçilərin sağlamlığı, əmək şəraiti, xüsusilə ağır əmək şəraitində çalışanların iş yerindən tutmuş fərdi mühafizə vasitələri ilə təchizatı və müxtəlif qurğu və avadanlıqlarla çalışarkən onların hər birinin özünün xüsusiyyətlərinə uyğun olaraq təhlükəsizlik tədbirləri təmin olunur, lazımi şərait yaradılır, həmçinin müntəzəm olaraq yoxlanılır. Yoxlamalar planlaşdırılmış illik normalara uyğun və qəfil reydlər şəklində aparılır.
Maşinistlərin təhlükəsizliyi isə ilk növbədə onların sağlamlığından başlayır. Hər gün işə başlayan maşinist öncə tibbi yoxlamalardan keçir. Bu zaman onun arterial qan təzyiqindən tutmuş, spirtli içki qəbul edib-etməməsi və psixoloji vəziyyəti yoxlanılır. Yalnız bunlar yoxlanıldıqdan sonra maşinist işə başlayır. Xəttə olan maşinistin sərnişinlə birbaşa təmasına icazə verilmir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB