"İqtisadi islahatlar, müasir çağırışlar” adlı konfrans keçirilir - YENİLƏNİR - FOTOLAR
Bu gün Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın təşkilatçılığı ilə “Biznes mühitinin yaxşılaşdırılması üzrə iqtisadi islahatlar və müasir çağırışlar” mövzusunda konfrans keçirilir. SİA xəbər verir ki, konfransda dövlət və hökumət nümayəndələri, Komissiyanın işçi qruplarının rəhbərləri və üzvləri, eləcə də özəl sektorun təmsilçiləri, şirkət rəhbərləri iştirak edirlər.
Konfransın açılışını Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru, Komissiyasının üzvü Vüsal Qasımlı edib. O bildirib ki, İİTKM iqtisadi islahatların rəqəmsal idarəetmə platforması olan “azranking.az” portalı vasitəsilə qlobal trendlərə uyğun şəkildə yaşıl və rəqəmsal transformasiyaya dəstək vermək, eyni zamanda davamlı iqtisadi inkişafı stimullaşdırmaq məqsədi daşıyır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB