Bakının mərkəzi küçələrindən birində qoyulan məhdudiyyət aradan qaldırıldı

Bakının mərkəzi küçələrindən birində qoyulan məhdudiyyət aradan qaldırıldı

Bakıda, Teymur Elçin küçəsi, Teleteatrın qarşısı, Mehdi Hüseyn küçəsi istiqamətində qazıntı işləri səbəbindən yolda qoyulan məhdudiyyət aradan qaldırılıb. SİA-nın məlumatına görə, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntelektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Xatırladaq ki, həmin hissədə nəqliyyatın hərəkəti martın 6-da, axşam saatlarında məhdudlaşdırılmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə