"Ali məktəblərdə təhsili yalnız nəzəriyyə üzərində qururlar" - EKSPERT FİKRİ
“Jurnalistikada xəbər, münasibət xarakterli yazılar, şərh, analiz, reportaj, müsahibə kimi müxtəlif janrlar var. Daha sonra isə publisistika və yazıçılıq gəlir. Publisistikanın isə əsas nümunəsi köşə yazısıdır. Təəssüf ki, bu gün Azərbaycanda, o cümlədən dünyada bir çox janrlar sıradan çıxır. Azərbaycan jurnalistikasında daha çox xəbər janrı dominantlıq təşkil edir. Baxmayaraq ki, sadaladığım janrların elə bünövrəsini xəbər tutur, yəni hər birində xəbər var”. Bu sözləri SİA-ya açıqlamasında Mətbuat Şurasının İdarə Heyətinin üzvü Ceyhun Musaoğlu deyib.
O bildirib ki, bu gün xəbər arxasınca getmək dəb halını alıb: “Bu isə ucuz və məna yükü az olan xəbərlər olur. Bəzən xarici mətbuatdan sıradan bir xəbər tərcümə edilərək yayımlanır. Digər janrlar isə təəssüf ki, 1990-cı illərdə qalıb. İstifadə olunan janrların azalması isə dünyada yaranan bir tendensiyadır. Hər saniyə hadisə, xəbər yeniləndiyindən digər janrlara yönəlmək bir qədər çətin oldu. Amma nəzərə almaq lazımdır ki, reportaj yoxdursa, oxucu yorulacaq. Son dövrlər müsahibə yoxdur və ya müsahibə aldığımız insanlara da reklam kimi baxırıq. Amma anlamalıyıq ki, oxucu da müsahibə, həqiqətləri kiminsə dilindən öyrənmək istəyir. Ali məktəblərdə təhsili yalnız nəzəriyyə üzərində qururlar. Amma bundan qaçmaq lazımdır. Tələbələrə mütləq şəkildə təcrübə keçmək lazımdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB