Şəhid və qazi övladlarının kiçik toy məclisi keçirilir - YENİLƏNİR - FOTOLAR
Bu gün Monte Karlo şadlıq sarayının rəhbərliyi və xeyriyyəçi iş xanımı Nərmin Şabanqızının təşəbbüsü ilə ailə qayğısından məhrum olan övladlar, aztəminatlı ailələrin övladları, şəhid və qazi övladlarına xeyriyyə məqsədi ilə kiçik toy məclisi təşkil olunur. SİA xəbər verir ki, 50-yə yaxın uşağın 15-20 nəfəri kimsəsiz uşaqlar evindən olan toy məclisində millət vəkilləri, ictimai təşkilat nümayəndələri iştirak edirlər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Daha sonra kiçik toy məclisi rəqs qrupunun rəqsi ilə davam etdirilib.
Müəllif: Söylü Ağazadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB