Bu gün İlaxır çərşənbələrdən ikincisi olan Od çərşənbəsidir. Novruz bayramından əvvəlki dörd çərşənbənin (su, od, yel, torpaq) hər birinin xüsusi özəlliyi var. Od çərşənbəsi də məxsusi özəlliyi ilə fərqlənir. İnanclara görə, odu Günəşlə, işıqla, gündüzlə əlaqələndirirlər. Bu çərşənbədə odun şəninə şənliklər təşkil edilir. İnanca görə, bu gün insanlar tonqal qalayıb, onun üzərindən tullanmaqla bütün azar-bezarlarını yandırmış olurlar.
SİA Od çərşənbəsi ilə bağlı paytaxtdan hazırladığı fotoreportajı təqdim edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB