“Kiber təhlükəsizliyin qorunması prioritet olmalıdır” - DEPUTAT DANIŞDI

“MİDA ilə bağlı daim suallar ünvanlanır, hər zaman da ətraflı cavablandırmağa çalışıram. Xüsusilə qeyd etməliyəm ki, MİDA rəhbərliyi ilə də dəfələrlə görüşüb, satış prosesi ilə əlaqədar olaraq ətraflı məlumat almışam. MİDA-nın satış mexanizmi elə ən demokratik mexanizmdir və satışlara onlar tərəfindən hər hansı müdaxilə edilə biləcəyini düşünmürəm”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Rüfət Quliyev deyib.

Deputat bildirib ki, hazırda kifayət qədər professional kompyuter mütəxəssislərimiz olduğu isə danılmazdır: “Bu da onların həmin bacarıqlarından istifadə etmələri ilə hər hansı marağa çatmalarını mümkün edir. Burada ümumi siyahı olur, lakin ümumi siyahı ilə də kiminsə kimisə ötüb keçməsi ilə bağlı daim böyük iddihamlar olur. Bütün bunlar nəzərə alınaraq kibertəhlükəsizliyin qorunması prioritet olmalıdır ki, kənar müdaxilələr olmasın”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə