“Ramazan ayında ən gözəl əməl günahları tərgidməkdir” - DİN XADİMİ DANIŞDI

“İlk növbədə qarşıdan gələn Ramazan ayı münasibətilə bütün müsəlmanları, ibadət edib, oruc tutanları təbrik edirəm. Bu günə qədər oruc tutmayanlar və ya tuta bilməyənlər arasında böyük fərq var. Əgər şəxs qüdrəti ola-ola oruc tutmayıbsa, tövbə edib, bu Ramazan ayından oruc tutmağa başlasın. Sonradan isə yavaş-yavaş əvvəlki illərin qəzalarını yerinə yetirə bilər. Lakin xəstəlik və s. bu kimi səbəblərdən oruc tuta bilməyən şəxslər oruc tutmadıqları hər gün üçün fidyə ödəməlidirlər”. Bu sözləri SİA-ya açıqlamasında din xadimi Hacı Mircəfər Əyyubov deyib.

O bildirib ki, fidyə hər gün 750 qram buğdanın, təxminən 1 çörəyin pulunun yoxsullara ödənilməsidir: “Müqəddəs Ramazan ayında Quran oxumaq, qohum-əqrabaya, yoxsullara, qocalar evinə baş çəkmək, mümkün qədər əsəb, stresdən uzaq münasibət sərgiləməkdir.

Ramazan ayında ən gözəl əməl isə günahları tərgidməkdir. Bütün müsəlmanlara qəbul olunmuş oruc arzulayıram”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə