"Cəmiyyətdə bu kimi məsələlərə qarşı ictimai qınaq olmalıdır” - MÜNASİBƏT BİLDİRİLDİ
Salyanda 11-ci sinif şagirdinin ana olduğuna dair məlumatlar yayılıb. Ümumiyyətlə ölkədə bu kimi hallara təəssüf ki, ilk dəfə deyil rast gəlinir. Bu kimi hallarla bağlı hansı cəza tədbirləri nəzərdə tutulur? Bu kimi halların qarşısının alınması üçün hansı addımlar atılır? Mövzu ilə bağlı SİA-nın suallarını hüquqşünas Səadət Bənənyarlı cavablandırıb.
Onun sözlərinə görə, bu kimi hallarda əvvəlcə məktəb bilməlidir ki, şagirdi haradadır, davamiyyəti hansı səviyyədədir: “Azərbaycan cəmiyyəti elədir ki, hər şey əvvəlcədən üzə çıxır. Əgər şagird mütəmadi olaraq məktəbə gedirsə bu hadisələr əvvəlcədən də məlum olmalı idi. Bu kimi hallarla bağlı tədbirlər görülməlidir. Mən bu tədbirlərin qanunvericiliklə əlaqələndirilməsini istəmirəm. Qanunvericilikdə hər şey öz əksini tapıb. 16 yaşlı məktəblinin ana olması bizim üçün təbii ki, SOS-dur. Cəmiyyətdə bu kimi məsələlərə qarşı ictimai qınaq olmalıdır”.
S.Bənənyarlı qeyd edib ki, erkən nikahla bağlı cəza tədbirləri qanunvericilikdə öz əksini tapıb: “Sadəcə olaraq burada cəmiyyətin özünün buna reaksiyası olmalıdır. Kimsə bu kimi hadisələrdən xəbər tutursa bu haqda aidiyyəti qurumlara məlumat verməlidir. Azərbaycan qanunvericiliyində erkən nikahlarla bağlı valideyn üçün də cəza tədbirləri nəzərdə tutulur. Amma bunların hamısının qanun çərçivəsində həll olunmasının o qədər də şahidi olmuruq. Biz adətən görürük ki, uşaq valideynlərinin həbs olunmasını istəmir. Bu da yol verir ki, bu kimi hadisələrin sayı artsın. Belə hadisələrin təkrarlanmaması üçün cəmiyyətin özünün qınağı olmalıdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB