Xırdalan və Qobuda qanunsuz tikililər sökülüb - FOTOLAR - VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin əməkdaşları Abşeron rayonun Xırdalan şəhərində və Qobu qəsəbəsində qanunsuz tikililəri söküblər. Bu barədə SİA-ya nazirlikdən məlumat verilib.

Bildirilib ki, Abşeron rayonunun Xırdalan şəhəri və Qobu qəsəbəsi ərazilərində qanunsuz olaraq tikinti işlərinin aparılması faktları aşkar edilib.

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Abşeron Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa edilən tikililər sökülüb.

https://youtu.be/jsQNovPgIGY

Bütün xəbərlər Facebook səhifəmizdə