Evimizi necə baha qiymətə sataq? - ARAŞDIRMA

Evimizi necə baha qiymətə sataq? - ARAŞDIRMA

Hər birimiz müəyyən səbəblərdən evimizi sata bilərik.

Bunun üçün müxtəlif səbəblər var:

- evdəki otaqların sayının kiçik olması
- evimizin işə uzaq olması
- proyektin bəyənilməməsi
- ərasinin səs-küylü olması
- metro və dayanacaqlara uzaq olması

Bəs, evimizi necə baha qiymətə sata bilərik?

SİA mövzu ilə bağlı araşdırma aparıb.

Əvvəla evi satmağa qərar verdiyiniz dövr çox önəmlidir. Evin satışına sərf olunan vaxt birbaşa bazar şərtlərindən asılıdır. Şərtlərdən asılı olaraq orta satış müddəti 1-3 ay arasındadır. Bazarda canlılıq olanda bu müddət bir aydan da az ola bilər. Satmağa çalışdığınız ev hələ də əlinizdədirsə, təbii ki, bu gecikmənin bəzi səbəbləri var.

Qiyməti düzgün hesablamaq lazımdır

Evlərin 95 faizi qiyməti səhv hesablandığı üçün bazar qiymətindən yuxarı satıla bilmir. Evin qiymətinin müəyyənləşməsində alıcıların rolu daha böyükdür. Satıcının malı özü üçün nə qədər qiymətlidirsə, alıcının pulu da özü üçün bir o qədər qiymətlidir. Bu səbəbdən evin qiymətinin dəyərindən yüksək olub-olmadığı diqqətlə müəyyən edilməlidir. Bunu etmək üçün çox sadə bir yol var. Əgər evinizi 8-10 real alıcı görübsə və hələ də satılmayıbsa, təyin etdiyiniz qiymət onun real dəyərindən yüksək ola bilər.

Evin satış qiymətində ən çox rast gəlinən səhvlər:

Əmlak ekspertlərindən soruşun: "Evimin qiyməti nə qədərdir?" əvəzinə “Mən evim üçün bu qədər qiymət düşünürəm. Sizcə bu qiymət yaxşıdır? kimi suallar verin. Son qərarı daşınmaz əmlak agentinin öhdəsinə buraxmayın.

Qiymət yaradarkən bunlara diqqət yetirin

1) Ərazi: Ən mühüm meyardır. Daşınmaz əmlak alqı-satqısında yaxşı və ya pis məhəllə yox, bahalı və ucuz məhəllələr var.
2) Kvadrat metr: Eyni məhəllədəki iki evi müqayisə edərkən ən önəmli faktor evlərin kvadrat metr qiymətidir.
3) Evin görünüşü: Bu, üçüncü ən vacib meyardır. Amma çox az ev bu meyardan əlavə xal alır.
4) Evin yaşı: Eviniz köhnədirsə, yeni evlərlə müqayisə etməyin. Çünki yeni tikili evlərin qiymətləri köhnə evlərdən qat-qat çox artıb.
5) Hansı mərtəbə?: Orta mərtəbələr digər mərtəbələrdən daha bahadır.
6) Günəşə məruz qalma və rütubət: Evin içərisindəki ən kiçik rütubət belə onun qiymətini aşağı salır. Günəşi görüb-görməməsi də vacibdir. Cənuba baxan evlər daha sərfəlidir.

Evdə istifadə olunan materiallar və əlavələr: Həddindən artıq çox xərc çəkilsə, evin qiyməti mütənasib artmaz. Əgər məsələdə zövq meyarı iştirak edirsə, bu onun satışına hətta mənfi təsir göstərə bilər.

7) Mühafizə: Evin ətrafında şəxsi mühafizəçi varsa və ya təhlükəsizlik sistemi ilə qorunursa, bunlar evə dəyər qatır.
8) Parkinq: Binanın girişində və ya həyətində avtomobil dayanacağı varsa və ya qapalı avtomobil parkı olsa belə, xüsusilə parkinq problemi olan böyük şəhərlərdə buna üstünlük verilə bilər.

Satış elanı

Evinizi satmaq qərarına gəlsəniz bunu ən yaxın daşınmaz əmlak agentinə və ya yaxınlıqdakı ticarətçiyə bildirin. Eyni zamanda, evinizin kənardan asanlıqla görünən hissəsinə lövhə asın. Ev satışı daha çox tanış əlaqələr üzərində qurulur. Çünki ev alan insanlar evi əvvəlcə tanıdıqları adamlardan və ya etibar etdikləri əmlak agentlərindən soruşurlar. Odur ki, evinizi satmağa qərar verdiyiniz zaman onu ətrafınızdakılara elan edin.

Təmir dəyəri

Evinizdə uzun və bahalı təmir işləri həm evin satış qiymətini aşağı salacaq, həm də evin qısa zamanda satılmasının qarşısını alacaq. Xüsusilə istilik və izolyasiya sisteminin, hamam və tualet hissəsinin tamamlanması evi asan satışa çıxarır.

Düzgün vaxt

Uzun müddət satıla bilməyən evlər adətən ucuz qiymətə satılır. Çünki bu uzun müddət ərzində bazarda “Satılmır, heç kimin xoşuna gəlmir” möhürü alır. Bu möhürü aldıqdan sonra onun real dəyərinə satılma şansı azalır. Ev satışında “Neçə vaxtdır satışdadır?” sualı çox önəmlidir. Ona görə də evi satışın yaxşı və münasib qiymətə olduğu bir vaxtda satışa çıxarmaq vacibdir.

Etdiyiniz kiçik bir dəyişikliklə onun qiymətinə dəyər qata bilərsiniz.

Çoxumuz evlərimizi satarkən kiçik bir qazanc əldə etmək istəyirik. Bunun üçün evinizdə etdiyiniz dəyişikliklərlə evinizi dəyərindən qat-qat baha satmaq mümkündür.

Nəzərə alın ki, mənzillərinizdə etdiyiniz hər dəyişiklik sizə qazanc gətirməyəcək. Yüksək məbləğlər xərcləyərək etdiyiniz dəyişikliklər evinizin satış dəyərində eyni dərəcədə əks olunmaya bilər. Bu səbəbdən evinizi satmazdan əvvəl addımlarınızı diqqətlə atın.

Mətbəx tələsindən çəkinin

Ultra dəbdəbəli bir mətbəx tikmək üçün minlərlə manat xərclədiniz. Mənzilinizə dəyər qatmaq üçün etdiyiniz bu investisiyanın son istehlakçılara müsbət təsir göstərmədiyini görəcəksiniz. Təbii ki, bu, ultra-lüks mətbəxləri sevən bir ailə üçün yaxşı sərmayə olardı, lakin araşdırmalar göstərir ki, istehlakçılar mətbəx alarkən dəbdəbəli materiallardan daha çox geniş məkana üstünlük verirlər. Bir sözlə, istehlakçı öz mətbəxini öz zövqünə uyğun dizayn etmək istəyir.

Mənzilinizə yer əlavə edin

Bunu heç vaxt unutmayın, eviniz nə qədər böyükdürsə, bir o qədər dəyərlidir. Buna görə də, fərdi evdə yaşayırsınızsa, aktiv yaşayış sahəsini artıraraq evinizi daha baha qiymətə sata bilərsiniz. Bağ sahəsini təşkil etmək və istifadəyə yararlı hala gətirmək evinizə eyni şəkildə dəyər qatacaq.

İstilik izolyasiyasına diqqət yetirin

Ev almağa qərar verən insanların ən yaxşı dostlarından biri kalkulyatorlardır. Müştərilər adətən hər ay müntəzəm olaraq ödəyəcəkləri hesabları bilmək istəyirlər. Evlərin qiymətlərini müəyyən edən mühüm amil aylıq istilik xərcləridir. Evinizdə keyfiyyətli istilik izolyasiyası ilə istilik xərclərinin yüzdə əlli azaldığını müştərinizə bildirmək bazarlıqda əlinizi gücləndirəcək və heç bir müştəri bu investisiyanı qəribə görməyəcək.

Görüntü hər şeydir

Alıcı evinizə girəndə şüşə və ya divarda xırda çat, parketdə qırılma, tavanın rütubəti kimi detalları qaçırmayacaq. Ona görə də bu detalları qaçırmayın. Evinizi satarkən unutmalı olduğunuz son şey mənzilinizin görüntüsüdür.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə