“Xəstəliyin daha tez müəyyən edilməsi üçün qanın ümumi analizi mühümdür” - QURUM RƏSMİSİ DANIŞDI
“Qan xəstəlikləri müxtəlif cür olur. Şərti bölgüdə bədxassəli və xoşxassəli olaraq qan xəstəlikləri iki yerə ayrılır. Xoşxossəli qan xəstəliklərinə qan xərçəngi ilə əlaqəli olmayan xəstəliklər aid edilir”. Bu sözləri SİA-ya açıqlamasında Milli Hematologiya və Transfuziologiya Mərkəzinin həkim hematoloqu Şəhla Şabanova deyib.
O bildirib ki, qan azlığının halsızlıq, tez yorulma, yuxululuğa meyillilik, saç tökülməsi kimi təxmini göstəricilər var: “Konkret olaraq hansı qan xəsətliyinin nəzərdə tutulmasından asılı olaraq da müalicə tətbiq edilir.
Ümumiyyətlə isə lazımi zaman kəsiyində qanın ümumi analizinin verilməsi, dalağın, qaraciyərin yoxlanılması ilə ola biləcək hər hansı qan xəstəliyini müəyyən etmək olur”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB