“Normal biri heç vaxt gedib qəlyan salonlarında vaxt keçirməz“ - İRAD

“Normal biri heç vaxt gedib qəlyan salonlarında vaxt keçirməz“ - İRAD

“Qəlyan, həm qadın, həm də kişilərdə damar xəstəlikləri, yaddaş pozğunluğu yarada bilir. Bir dəfə qəlyanın istifadəsi 50 siqaretə bərabərdir. Karbon monoksid qəlyanın tərkibində 20-30 dəfə siqaret tərkibindən daha çoxdur. Bu, asılı şəxslərdə tez-tez huşun itirilməsinə səbəb ola bilir. Ən çox isə vərəmin yayılmasına xidmət edir”. Bu sözləri SİA-ya açıqlamasında sosial məsələlər üzrə ekspert Fatimə Hacıbəyli deyib.

Onun sözlərinə görə, normal işi olan adam, elmlə məşğul olan tələbə və ya yaradıcılıqla məğul olan biri heç vaxt gedib qəlyan salonlarında vaxt keçirməz: “Hazırda cəmiyyətimizin əsas problemi maddi dəyərlərlərin mənəvi dəyərləri sıxışdırmasıdır. Bu hal cəmiyyətdə gərginlik yaradır. Belə həyat tərzi də cəmiyyətdə maddiyyata meyilliyi çoxaldır. Bu, cəmiyyətdə kriminal, arzuolunmaz halları, zorakılığı artırır”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə