Tacikistan nümayəndə heyəti Bakı Regional Məşğulluq filialında olub - FOTOLAR

Tacikistan nümayəndə heyəti Bakı Regional Məşğulluq filialında olub - FOTOLAR

Tacikistan Respublikasının əmək, miqrasiya və məşğulluqnazirinin müavini Kiyomiddin Davlatzodanın başçılıq etdiyinümayəndə heyəti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin BakıRegional Məşğulluq filialında olub. SİA-ya verilən məlumata görə, nümayəndə heyətinə Agentliyin funksional istiqamətləri, Məşğulluq filiallarında yeni konsepsiyanın tətbiqi ilə bağlıətraflı məlumat verib, buna uyğun olaraq karyeraməsləhətçilərinin fəaliyyəti ilə yerində tanışlıq olub.

Daha sonra Filialda Tacikistan nümayəndə heyəti ilə görüşkeçirilib. Bildirib ki, Agentliyin fəaliyyətinin əsas istiqamətiəmək bazarının təhlili və buna uyğun olaraq işsiz vəişaxtaran şəxslər üçün doğru məşğulluq tədbirlərininicrasıdır. Həmçinin əməkdaşlıq əlaqələri müzakirə edilib, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikirmübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə