Uşaqların gec dil açmasının səbəbi MƏLUM OLDU - LOQOPED AÇIQLADI
"Uşaq valideynləri ilə ünsiyyət qura bilməyib, telefon və planşetlərdən aktiv istifadə etdikdə, nitq gecikmələri baş verir. Təbii ki, nitq gecikmələrində orqanik səbəblər də olur. Ananın hamiləlik dövründə keçirdiyi infeksion xəstəliklər, yaşadığı travmatik olaylar, doğuş və ondan sonrakı problemlər uşağın gec dil açmasına səbəb ola bilər”. Bu sözləri SİA-ya loqoped Esmira Qafarova deyib.
Loqoped bildirib ki, uşaqda ana dili formalaşmamış ona ikinci, üçüncü xarici dili yükləməyə çalışırlar və bu da linqivistik vəziyyət yaradır: “Linqivistik vəziyyətin yaratdığı əsas problemlər kəkələmə və nitq gecikmələridir. Uşağın nitqi 3 yaşına qədər açılmalıdır və həmin vaxta qədər azyaşlı sırf ana dilində danışdırılmalıdır. Uşaqlardakı nitq problemlərinin statistik göstəriciləri çox bərbaddır. Yəni, son illərdə Azərbaycandakı uşaqlarda nitq gecikməsi çox yüksək səviyyədədir. Bunun da əsas səbəbi pedaqoji baxımsızlıqdır.
Uşaqla körpə dilində danışanda və ya heç ünsiyyət qurmayanda, o, dil açmaqda çətinlik yaşayır. Travmalı uşaqlar ən çox dayə ilə böyüyənlərdir. Dayə başqa işləri gördüyü və anası kimi uşaqla məşğul ola bilmədiyi üçün azyaşlı nitq problemi yaşaya bilir”.
Esmira Qafarova hesab edir ki, ümumiyyətlə, ana uşaqla 3 yaşına qədər məşğul olmalı, onunla ünsiyyət qurmalıdır: “İş yerlərində anaya ona görə 2-3 illik dekret müddəti verilir. 3 yaşa qədərki müddət uşağın şəxsiyyət kimi formalaşdığı və bitdiyi dövrdür. Yəni, 3 yaşına qədər uşağa sevgi, diqqət kifayət qədər olmalıdır ki, onda duyğusal pozuntu olmasın".
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB