Niyə 29 fevral 4 ildən bir olur? - ASTROLOQ DANIŞDI

"Numeroloji baxımdan insanların doğulduğu gün böyük önəm kəsb edir. Fevral ayının dörd ildən bir gələn 29-cu günündə doğulmuş insanların da sadəcə doğum tarixi kifayətdir. Həmin adam istər ad gününü dörd ildən bir, istərsə də fevralın 28-i və ya martın 1-i keçirsin. Bu, bir önəm daşımır. Kosmik aləmdə insanın doğum gününü keçirdiyi əlamətdar gün yox, dünyaya gəldiyi gün və saat əhəmiyyət daşıyır". Bu sözləri SİA-ya açıqlamasında təlimçi, motivator, numeroloq, Teta-healier, bioenerji uzmanı, yaşam koçu, astroloq Vüsalə Əliyeva deyib.

Onun sözlərinə görə, insanın doğum gününü özəl gün kimi başqa tarixdə keçirməsinin onun həyatına, xasiyyətinə və ya pin koduna heç bir mənfi və ya müsbət təsiri olmur: "Kosmik aləm bizi keçirdiyimiz ad günü mərasimləri ilə tanımır.

Doğrudur, müəyyən hallarda astroloji aspektdə bəzi sapmalar olur. Əgər fevral ayı 28-dən olduqda ay tutulmaları, günəş döngüsü, zodiakların kəsişməsi baş verdikdə ayın 29-u doğulan insanlara xəbərdarlıq olunur. Çünki həmin insanın 1 ilinin döngüsü tamamlanmır. Həmin vaxt böyük bir astroloji yerdəyişmə baş vermirsə, fevralın 29-u doğulması insanın həyatına heç bir təsir göstərmir".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə