TƏMİZLƏYİCİ VASİTƏLƏR: Evinizi təmizləyərkən canınıza qəsd etməyin! - ARAŞDIRMA

Sağlam yaşamağın tələbi sayılan təmizlik, yanlış tətbiq olunarsa, insana hətta canı bahasına da başa gələ bilər. Mütəxəssislər yaxşı effekt verən, lakin düzgün olmayan təmizlik məhsullarından istifadənin təhlükələri barədə ictimaiyyətə xəbərdarlıq edir.

SİA mövzu ilə bağlı araşdırma aparıb.

Ağardıcılar, qabyuyan yuyucu vasitələr, toz yuyucular, pərdələr və tüllər üçün xüsusi yuyucu vasitələr, səth təmizləyiciləri, yağ təmizləyicilər, tozdan qoruyan spreylər, tualet və vanna otağı üçün xüsusi təmizləyicilər, maye sabunlar, dezinfeksiyaedicilərdən yəqin ki hər birimiz gündəlik həyatımızda istifadə edirik. Üstəlik, əksəriyyət insan bunu maskasız və əlcəksiz edir. Bu məhsullara həddindən artıq məruz qaldıqda insan həyatını təhlükəyə atır, hətta bəzən insanı öldürür.

Bu gün ev və ətraf mühitin təmizlənməsi üçün tanış olduğumuz və rahatlıqla istifadə etdiyimiz bir çox "yuyucu vasitələr" tərkibindəki kimyəvi maddələrə görə qısa və ya uzun müddətdə sağlamlığımıza mənfi təsir göstərə bilər. Həmçinin, bunlar təbiətə, heyvanlara və digər canlılara da böyük ziyan vurur.

Kimyəvi çirklənmə

Neft törəmələrindən və toz, krem, maye şəklində istehsal edilən təmizləyici xüsusiyyətlərə malik təmizləyici vasitələrə sabun istisna olmaqla, bütün təmizləyicilər daxildir. Mütəxəssislər xəbərdarlıq edir ki, evimizi mikrob və kirdən təmizləməyə çalışarkən istifadə etdiyimiz məişət təmizlik materialları səbəbindən evdə "kimyəvi çirklənmə" yarana bilər. Onlar təmizlik vasitələrinin qablaşdırmasının üzərindəki etiketlərin diqqətlə oxunmalı və istifadə şərtlərinə əməl edilməli olduğunu bildirir və valideynlərdən “Uşaqların əli çatmayan yerdə saxlayın” xəbərdarlığı ilə məhsullara qarşı daha həssas olmalarını xahiş edirlər.

Dünyada, xüsusən də, Avropa və Amerikada aparılan bir çox araşdırmalar kimyəvi maddələrin insan həyatına mənfi təsir etdiyini sübut edib. Bu mövzuda ən diqqət çəkən araşdırmalardan biri keçmişdə ABŞ Ətraf Mühitin Mühafizəsi Agentliyi (EPA) tərəfindən aparılıb.

EPA araşdırmasına görə, təmizləyici məhsullar xarici toksinlərdən üç dəfə daha çox kanserogendir. Bu araşdırmanın başqa bir qorxulu detalı isə “26 saniyə” qətiyyətidir.
EPA-nın açıqlamasına görə, inhalyasiya, qəbul və təmas yolu ilə bədənə keçən bu kimyəvi maddələr təmizləyici məhsullara məruz qaldıqdan cəmi 26 saniyə sonra bütün orqanlarda görünə bilər.

Ev xanımlarımız kimyəvi hovuzlarda üzür

Evlərdə təmizlik materiallarının çoxluğuna və həddindən artıq istifadəsinə diqqət çəkən Türk professor Yalçın Gülər ​deyir: “Evdar xanımlarımız, sözün əsl mənasında, kimyəvi hovuzda üzürlər. Onlar hər şeydən istifadə etməyi bilmirlər. Evlər bir-birinə qarışdırılmaması lazım olan maddələrlə doludur. Demək olar ki, hər bir əşya ayrı təmizləyici materialla dezinfeksiya edilir. Kimyəvi maddələrdən istifadə edərkən çox diqqətli olmaq lazımdır. Təəssüf ki, biz şişirdilmiş təmizlik məhsullarından istifadə edirik. Bütün bunların arxasında böyük bir reklam potensialı var və təbii ki, reklam verənlərin arxasında da böyük kimya sənayesi dayanır”.

Yanlış istifadə edilən təmizlik materialları səbəbiylə sağlam bir insanın belə müxtəlif problemlər yaşaya biləcəyinə diqqət çəkən Gülər, "Təmizləyici məhsullardan istifadə edərkən çox diqqətli olmalısınız. Onların tərkibindəki kimyəvi maddələr bir-birinə qarışsa, problemlər yaranar. Yanlış tətbiq insanın həzm, dəri və tənəffüs sistemlərinə təsir edər. Məsələn, həzm sisteminə daxil olan kimyəvi maddə sorulur və demək olar ki, hər orqana təsir edə bilir.

Bəzi kimyəvi maddələrin dəriyə də təsiri var. Onlar allergiya və bir çox başqa xəstəliklərə səbəb olur. Bu səbəblərdən təmizlik materiallarından istifadə edərkən əlcəkdən istifadə etmək, maska ​​taxmaq lazımdır”.

Professor Gülər bildirib ki, bəzi mikroblar zərər vermir: “Sabun və su ilə əlləri yumaq kifayətdir. Bunu şişirtmədən tualetə getdikdən sonra və yeməkdən əvvəl əlləri yumaq bəs edir. Uşaqları bu cür tərbiyə etmək kifayətdir.

Pandemiya zamanı belə bir fikir formalaşmışdı ki, biz davamlı olaraq dezinfeksiyaedici vasitələrdən istifadə etsək, ətraf mühiti daha yaxşı qoruyacağıq. Bu, çox yanlışdır. Yalnız su və sabun olmadıqda dezinfeksiyaedicilər tətbiq oluna bilər”.

Türkiyədə ev təmizliyində edilən ən böyük səhvin təmizlik materiallarının qarışdırılmasıdır. Təmizlik zamanı bir çox qadınlar, xüsusilə, tualet və hamam təmizliyində istifadə edilən ağardıcılara üz tuturlar. Bu cür tətbiqlər son dərəcə təhlükəli nəticələrə gətirib çıxara bilər. Bu qarışıqlar nəticəsində zəhərli qazlar çıxa və bu da həyati təhlükəsi olan zəhərlənmələrə, yanıqlara və ölümlərə səbəb ola bilər.

Tərəvəzləri belə təmizləyici vasitə ilə yuyanlar var

Ev təmizliyi zamanı pəncərə və qapıların açılmalı, ətrafın yaxşı havalandırılması lazım olduğunu bildirən mütəxəssislər “Xüsusilə, ağardıcı ilə təmizlik edərkən havalı bir mühit lazımdır. Təmizləmə zamanı və sonra ev mümkün qədər yaxşı havalandırılmalıdır. Çünki ağardıcıda olan natrium hipoxlorit və duzlu spirtdəki xlorid turşusu birləşdikdə xlor qazı əmələ gəlir. İki maddənin qarışdırılması nəfəs darlığı, astmaya bənzərlik, gözlərdə yanma hissi kimi simptomlarla tənəffüs yolu ilə zəhərlənmələrə səbəb olur.

Məişət təmizlik məhsullarını uşaqların əli çatmayan yerdə saxlamaq, butulkaları etiketli və nəzarət edilə bilən olmalıdır.

26 saniyəyə təsir edir

Amerika Ətraf Mühitin Mühafizəsi Agentliyinin (EPA) ev xanımları üzərində apardığı araşdırmada məişət təmizlik vasitələrinin kanserogen təsirə malik olduğunun müəyyən edildiyini ifadə edən Professor Yalçın, "EPA ev təmizlik vasitələrinin insanlara 26 saniyə kimi qısa müddətdə təsir etdiyini də ortaya qoydu. Yəni nəfəsalma, udma və ya təmas yolu ilə ötürülə bilər. Ağardıcı çox miqdarda istifadə edildikdə belə öz-özünə boğaz və mədənizdə iltihab yaradır, gözləri qıcıqlandırır. Bunlara ümumiyyətlə neft-kimya məhsulları daxildir. Ammonyak şüşə və tualet təmizləyici məhsullarda istifadə olunur. Yəni onların hər birində var. Bəziləri başağrısına səbəb olur, bəziləri isə ağciyərlərə mənfi təsir edir" deyir.

Bu gün ev və ətraf mühitin təmizlənməsi üçün tanış olduğumuz və rahatlıqla istifadə etdiyimiz bir çox "yuyucu vasitələr" tərkibindəki kimyəvi maddələrə görə qısa və ya uzun müddətdə sağlamlığımıza mənfi təsir göstərə bilər. Təbiətə, heyvanlara və digər canlılara da böyük ziyan vurur.

Türkiyədə qadınların əvəzolunmaz təmizlik vasitəsi kimi gördükləri yuyucu vasitələr xüsusilə vasvası xanımlar tərəfindən böyük hörmətlə qarşılanır.

Covid-19 pandemiyası ilə mübarizədə təmizlik məhsullarına maraq günü-gündən artır. Müxtəlif təmizlik vasitələrinin birlikdə həddindən artıq istifadəsi həm istifadəçinin, həm də ev təsərrüfatlarının sağlamlığını riskə atır.

Təmizlik işində edilən başqa bir səhvi isə Yalçın Gülər belə izah edir: Moyka tıxananda vətəndaşların aldıqları kanalizasiyaaçma məhsulundan istifadə tərzi çox yanlışdır. Çünki məhsulun tərkibində natrium hidroksid adlı qaustik maddə var. Bu da dəri ilə təmasda olarsa onu yandırar. Bizimkilər bunun üzərindən hələ bir qaynar su da tökürlər. Bu gözlərə sıçrayırsa, korluğa səbəb ola bilər. Səth təmizləyicisi kimi istifadə edilən maddələrin tərkibində ammonyak var. Yanlış istifadə edildikdə ağciyərin qıcıqlanmasına da səbəb olur.

Xüsusilə, yaşlı, xroniki ağciyər, astma və ya ürək xəstəliyi olan insanlar istifadə etməməli və ya istifadə edərkən daha diqqətli olmalıdırlar. Buna görə də, ağardıcını səth təmizləyicisi ilə birlikdə tətbiq etsəniz, xlor qazı ətrafa yayılacaq və ciddi tənəffüs probleminə səbəb olacaqdır. İnsanlar bməsələlərlə bağlı məlumatlandırılmalıdır.

Nəzarət olmalıdır

Məişət təmizlik vasitələrinin satışına ciddi nəzarət olmalıdır.

Məhsulun etiketini oxuyun

Sadə görünsə də, bu hərəkətin edilməməsi və təsadüfi təmizləyici materiallardan istifadə ciddi sağlamlıq problemlərinə səbəb olur. Yuyucu, yağ təmizləyici, dezinfeksiyaedici kimi təmizləyicilərin tərkibində ammonyak, etilen glikol monobütil asetat, natrium hipoklorit və trisodyum fosfat kimi zərərli kimyəvi maddələr var. Bu səbəblə tərkibindəki maddələrə görə dərini, gözləri qıcıqlandırmaq potensialına malikdirlər.

Təmizləyərkən özünüzü qoruyun

Təmizlikdə rezin əlcəklərdən istifadə etmək mütləqdir. Bundan əlavə, bu təmizləyici məhsulların qapı-pəncərələr açıq olduğu zaman tətbiq edilməsi son dərəcə əhəmiyyətlidir və heç vaxt fərqli təmizləyici məhsulu qarışdırmamaq lazımdır.

Bundan əlavə, soba təmizləyicilərinin tərkibində natrium və ya kalium hidroksid kimi qıcıqlandırıcı kimyəvi maddələr ola biləcəyi üçün həmişə önlük və əlcək kimi bütün qoruyucu vasitələrdən istifadə edin.

Xoş ətir təmizlik demək deyil

Bir çox insan sağlamlığa son dərəcə zərərli olan sintetik ətirli müxtəlif məhsulların buraxdığı xoş qoxunun yaxşı təmizlik olduğunu düşünür. Halbuki bu qoxu kimyəvi çirklənmədən başqa bir şey deyil.

Sağlam olmaq üçün təmizlik prosedurları ancaq sabun və su ilə edilə bilər. Məsələn, sabun, soda və sirkə ilə yaxşı təmizləmə mümkündür.

Evinizi ərəb sabunu ilə təmizləyin

Pandemiya prosesi ilə birlikdə hər şeyi ağardıcı və ya antibakterial məhsullarla təmizləmək birdən qanun oldu. Yaxşı olar ki, evlərinizi ərəb sabunu ilə təmizləyəsiniz.

Təbii təmizləyici məhsulları özümüz necə hazırlayaq?

Evdə çoxməqsədli səth təmizləyicisini necə etmək olar?

Döşəmələr, piştaxtalar, pəncərələr, hamam kimi bütün bu səthləri təmizləmək üçün sizə lazım olan məhsullar:

- yarım litr su
- yarım litr sirkə
- 20 damcı limon yağı
- 20 damcı çay ağacı yağı ( təbii yağlar yerinə portağal və limon qabığından istifadə edə bilərsiniz.)

Hazırlanma qaydası: Bir qaba yarım litr su və yarım litr sirkə tökün. Sonra limon və çay ağacı yağlarını əlavə edib yaxşıca qarışdırın.

Evdə qabyuyan vasitəni necə hazırlamaq olar?

- 2 xörək qaşığı limon duzu

- 2 xörək qaşığı soda
- 1 çay qaşığı boraks
- 1 xörək qaşığı ağ sirkə
- yarım limon
- isti su

Hazırlanma qaydası: Əvvəlcə qabyuyan maşının yaxalayıcı hissəsinə sirkəni tökün. Qabın içinə toxumlarını çıxardığınız yarım limonu qoyun. Limon duzu, soda və boranı yaxşıca qarışdırın. Qarışımı yuyucu dispenserinə qoyun və qabyuyan maşını işə salın.

Qarışıqdan 1 xörək qaşığı 1 yuma üçün kifayət edəcək. İstəsəniz istifadə edəcəyiniz qarışığı isti su ilə maye halına sala bilərsiniz.

Evdə paltar yuyucu vasitəni necə hazırlamaq olar?

- Yarım stəkan soda
- 1 stəkan rəndələnmiş sabun çubuğu
- 1 stəkan boraks
- 1 stəkan yuyucu soda
- isti su
- sirkə
- efir yağı

Hazırlanma qaydası: Eyni qaba borax və yuyucu soda qoyun, sonra sabun çubuğunu sürtgəcdən keçirin. Bütün inqrediyentləri yaxşıca qarışdırın, bu qarışığı isti su ilə həll edin və paltaryuyan maşınınızın yuyucu vasitə bölməsinə tökün. Bu evdə hazırlanmış çamaşır yuyucu vasitəni adi yuyucu vasitə ilə eyni miqyasda istifadə edə bilərsiniz.

Yumşaldıcıdan istifadə etmək əvəzinə, yumşaldıcı bölməyə ağ sirkə və bir neçə damcı efir yağı tökə bilərsiniz.

Evdə kanalizasiya açan necə hazırlanır?

- yarım stəkan soda
- yarım stəkan sirkə
- 1 litr qaynar su

Evdə təbii təmizlik üçün soda lazımdır. Drenajda sodanın üzərinə sirkə tökün. Bu prosesdən sonra drenaj köpüklənəcək. Təxminən 10 dəqiqə gözlədikdən sonra qaynar su tökün.

Evdə hava təravətləndiricisini necə hazırlamaq olar?

- yarım stəkan su
- yarım stəkan sirkə
- 15 damcı efir yağı

Hazırlanma qaydası: Sirkə və suyu bir şüşəyə tökün. Yaranan sirkə suyuna 15 damcı efir yağı əlavə edin. Lavanda, limon, vanil... Burada istədiyiniz yağdan istifadə edə bilərsiniz. Hər istifadədən əvvəl hava təravətləndiricisini çalxalamağı unutmayın.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə