“Qarabağ Mədəniyyəti” adlı ədəbi-bədii tədbir baş tutub - YENİLƏNİR - FOTOLAR

Bu gün Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə “Qarabağ Mədəniyyəti” adlı ədəbi-bədii tədbir baş tutub. SİA xəbər verir ki, tədbirdə rəsmi və təşkilat nümayəndələri, müxtəlif universitetlərdən tələbələr iştirak edirlər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə və Azərbaycanın torpaqları uğrunda canlarından keçən şəhidlərimizin ruhlarının bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Şəhriyar adına Bakı Mədəniyyət Mərkəzində keçirilən layihədə ilk olaraq Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktor vəzifəsini icra edən Qədir Xəlilov giriş nitqi ilə çıxış edib.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə