"İnsan halıdır, hər kəs bəlli bir yaşda evlənir" - MÖVQE BİLDİRİLDİ
Artıq hər kəs media sayəsində Ağstafa rayon icra başçısının evləndiyindən xəbərdar oldu. Bu xəbərin yayılması isə bəzi vətəndaşlar arasında birmənalı qarşılanmayıb, bəzi vətəndaşlar bunu şəxsi həyata müdaxilə kimi qiymətləndirib. Həqiqətənmi elədir? İctimai əhəmiyyətli şəxsin şəxsi həyatı hansı hallarda mediada yayımlana bilər? Mövzu ilə bağlı SİA-nın suallarını media eksperti Azər Həsrət cavablandırıb.
Onun sözlərinə görə, bir şəxs ictimai əhəmiyyətli şəxsdirsə, xüsusilə də vəzifə sahibidirsə, onun hətta şəxsi həyatı da maraq kəsb edə bilər: “Amma bu maraq etik çərçivədə, şəxsi məsələlərə qarışmayacaq şəkildə olmalıdır. Yəni onun evlənməsi ilə bağlı məlumat varsa və mediada yayımlanırsa burada anormal heçnə yoxdur. Amma tutaq ki, arzuolunmaz ayrıntılarla bağlı məlumat yayılırsa, o artıq yolverilməzdir. Yəni şəxsi həyatın da bir həddi var. Sözügedən evlənmək xəbəri ayıb olacaq, yaxud da o şəxsin nüfuzuna xələl gətirəcək bir şey deyil. İnsan halıdır, hər kəs bəlli bir yaşda evlənir. O cümlədən də vəzifəli şəxslər”.
Ekspert bildirib ki, vəzifəli şəxsin evlənməsi ilə bağlı xəbərlərin yayılması heç bir problem deyil: “Yaxud da media etikası baxımından tənqid olunacaq yönü yoxdur. O baxımdan düşünürəm ki, burada anormallıq axtarmağa dəyməz. Dediyim kimi, hansısa media qurumları, yaxud jurnalistlər gərəksiz təfərrüatlara varıb hansısa təhlillər edir, nəyisə nəyəsə bağlayır yaxud da uydurmalar yayırsa bəli media etikası işə düşə bilər. Ümumilikdə isə bu xəbər media etikası baxımından problem deyil, heç kəs də buna görə mediaya irad bildirə bilməz”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB