Bağçaya gedən uşaqlar neçə yaşlarından kollektivə öyrəşir? - PSİXOLOQ FİKRİ

Bağçaya gedən uşaqlar neçə yaşlarından kollektivə öyrəşir? - PSİXOLOQ FİKRİ

“Uşaqların məktəbəqədər təhsil müəssisələrinə, bağçalara getməsi onların psixologiyasına müsbət təsir göstərir. Çünki kiçik yaşlarından artıq kollektivə öyrəşirlər, fiziki olaraq immunitetləri yaranır. Bəzən valideynləri uşaqların xəstələnməsindən, müəllimlərin şiddət göstərib-göstərməməsi kimi hallarla bağlı narahatlıq yaşayırlar. Buna görə də uşaqlarını göndərəcəkləri müəssisəni ətraflı şəkildə araşdırmaq vacibdir”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Vüsalə Əmiraslanova deyib.

O bildirib ki, bağçaya gedən uşaqlar təhsil alır, ilkin bacarıqlara yiyələnirlər: “Bütün bunların nəticəsində də gələcəkdə sosial uşağa çevrilir. Bağçaya getməyən uşaqlarda isə daha çox assosiallıq, eqoistlik yaranır, immunitetləri zəif olur, digər uşaqlarla ünsiyyətə girə bilmirlər və özgüvənləri aşağı olur. Bəzən valideynlər uşaqlarını qorumaq üçün övladlarını bağçaya göndərmirlər. Lakin əvvəldən uşağa bu cür yanaşıldıqda o özgüvənsiz, asılı bir uşağa çevrilir. Buna görə də hər zaman məsləhət görürük ki, uşaqlar məktəbəqədər müəssisələrə cəlb olunsunlar”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə