Bayramda necə qidalanmaq lazımdır? DİYETOLOQ İZAH ETDİ

Bayramda necə qidalanmaq lazımdır? DİYETOLOQ İZAH ETDİ

“Ümumiyyətlə, xalq olaraq bütün bayramları çox sevirik. Novruz bayramı sevilən bayram olduğu üçün çərşənbələrdən başlayaraq hazırlıq işləri görülür. Hər çərşəmbə müxtəlif şirniyyatlar, yeməklər süfrəmizin bəzəyi olur”. Bu barədə SİA-ya açıqlamasında diyetoloq Ləman Süleymanova deyib.

Onun sözlərinə görə, bayram boyunca möhtəşəm süfrələr açılır və bunu, xüsusi qeyd edirik: "İlk bayramdır ki, daha öncədən hazırlıq işləri görülməyə başlanılır. Hər çərşənbə Azərbaycanda ailələr süfrə arxasında olurlar və dadlı yeməklərdən yeyirlər. Paxlava, şəkərbura, şorqoğal bayramın xüsusi şiriniyyatlarıdır ki, bütün ailələrdə olur. Mütəxəssis kimi qeyd etmək istəyirəm ki, novruz bayramından sonra müraciət edənlərin sayı daha da çoxalır. Azərbaycanın, ümumiyyətlə, geniş mətbəxi var və ən yağlı, dadlı qidalar hər zaman süfrəmizin bəzəyi olur. Bu bayramdan sonra insanların 80%-i piylənmədən əziyyət çəkir. Amma görürük ki, bəzi insanları belə bir sual maraqlandırır: “Biz necə qidalanaq ki, bayramda istədiyimiz yeməkləri yedikdən sonra çəkimizi qoruyaq?”. Bir mütəxəssis kimi qeyd etmək istəyirəm:

Süfrə mədəniyyəti

Süfrə mədəniyyəti insanın daxili ruhunu, qidalarla təmasını göstərən psixologiyadır. Süfrə mədəniyyəti insanın daxili ruhunu, süfrəylə təmas xətti göstərən amildir. Süfrə arxasına əyləşərkən elə insanlar var ki, qarşısına qida gələn kimi tələsərək yemək yeyir. Belə insanlarda mədə-bağırsaqla bağlı 80% problemlər və piylənmə olur. Bəzi insanlar da var ki, yeməyi qarışdırmağı sevir və bir yeməklə kifayətlənmir. Mən həmişə o tip insanlara deyirəm ki, özünüzdə belə bir şey aşkarlamısınızsa, belə hallarda yeməklərin dadına az-az götürərək dada bilərsiz. Əgər şəkərdirsə, təyziqi yüksəkdirsə, bağırsağında problem varsa, mədədə ciddi problemlər yaradacaq. Şəkər və təzyiqin yüksəlməsi ciddi məsələdir. Statistik araşdırmalara görə, hər bayram günləri ən azından əhalinin 35%-də bir çox problemlər müşahidə olunur. Bir çoxu xəstəxanaya müraciət edir və digərlərinə ev şəraitində tədbir görülür. Süfrədə olduğumuz zaman ilk olaraq yüngül qidalardan başlamaq lazımdır: Tərəvəz, maye, yüngül limon tərkibli su. Daha sonra isə səliqəylə başqa yeməklərə keçə bilərsiz. Yeməkdən dərhal sonra təmiz yaşıl çay içmək lazımdır ki, yeməyin həzmi yaxşılaşsın. Təəssüflər olsun ki, süfrədə qazlı içkilər, şirin kompotlar, mayonezli yeməklər, içkilər var və bu, çox ciddi problemlər yaradır. Məsləhət görərdim ki, bir gün əvvəldən detox suları içilsin, ət məhsulları yeyilməsin, səhər duran kimi su için, meyvə yeyin, gün ərzində fiziki aktiv olun, hərəkətlər edin ki, yarım saat sonra yaxşı qidalanma olsun. Bayram günün səhəri çalışın mədəyə rahatlıq verin. Əsasən də mütləq havada tez-tez gəzin”.

Müəllif: Sevilin Abbasova

Bütün xəbərlər Facebook səhifəmizdə