"Qadınlar nə istəyir?" sualı niyə ortaya çıxır?" - PSİXOLOQ FİKRİ
"Ümumiyyətlə, "Qadınlar nə istəyir?" sualı niyə ortaya çıxır?". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Fərqanə Mehmanqızı deyib.

O bildirib ki, bu, elə də ciddi məsələ deyil, deyə düşünürəm: "Ciddi söhbətlərdə qadınların nə istəməsi sualı olmur. Bu, sadəcə empatiya bacarığı aşağı olan insanların reaksiyasıdır. Hər hansı istəyin qadın və kişi ilə əlaqəsi yoxdur. Qadınlar daha çox diqqətli, həssasdırlar. Ona görə də bu həssaslıqları onları kişilərdən fərqləndirir. Mənə elə gəlir ki, qadın və kişilərin nə istədiyi individual məsələdir. Ümumi olaraq qadınların istədiyi bir şey yoxdur. Deyirlər ki, qadınlar diqqət, qayğı istəyirlər. Əslində kişilər də bunları istəyirlər. Hansı kişi qadının istədiyini özünə qarşı istəmir? Ona görə də bu mövzuları qadın və kişi olaraq ayırmaq düzgün deyil. Bir-birlərini düzgün tapmayan qadın-kişilərdə belə reaksiyalar olur. Qadınların maddiyyata önəm verdiklərini, yaxud da qeyri-ciddi istəkləri olduğunu deyirlər. Əgər qadın və kişinin xarakteri üst-üstə düşürsə, heç də kişilərə qadınla münasibətdə olmaq çətin olmur. Bu mövzu niyə hamını maraqlandırır? Çünki bu mövzunun nöqtəsi olmur. Müxtəlif insanlar olduğu üçün müxtəlif fikirlər var. Bu polemik qadınlara və kişilərə də çox xoş olur. Onlara xoşdur ki, bir-birilərini isbat etməyə çalışırlar. Hansılar ki, harmoniyadadırlar, onların belə problemləri olmur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB