Qətl videosuna baxmaq həvəsi xəstəlikdirmi? - PSİXOLOQ MÜNASİBƏT BİLDİRDİ
"Ümumiyyətlə son dönəmlərdə qətl hadisələri çox artıb. Buna nəzər yetirsək sosial mühitin və ən əsası da sosial şəbəkələrin rolu çox böyükdür. İstər sosial şəbəkə olsun, istər tv olsun insan psixologiyasına çox təsir edir. İnsanlarda qətl videosuna baxmaq həvəsi xəstəlikdir deməzdim çünki bu vərdiş halını da almış ola bilər". Bunu SİA-ya açıqlamasında psixoloq Cəmilə Abbasova deyib.
Onun sözlərinə görə, sadist və mozaxist insanlar var: "Hansı ki, "Sadistlər" qarşısındakı insanın əziyyət çəkməsindən həzz alırlar. "Mozaxistlər" isə işgəncə çəkməkdən həzz alırlar. Qətl videolarına isə marağın yaranmasının əsas səbəblərindən biri də tv-də yayımlanan seriallar, filmlərdir. Nəzər yetirsəniz demək olar ki, serialların, filmlərin əksəriyyəti hamısı axşam saatlarında yayımlanır. Bunun əsasında isə insan daha çox rahatlaşdığı anda tv izləyir. Bu hər hansısa qətllə bağlı seriallar və ya filmlər ola bilər ki, artıq insan alfa dalğasında olduqdan şüuraltı belə məlumatı qəbul edir. Beyin düşünür ki belə bir şeyə baxmaq daha da rahatladır məni. İnsan hansısa çətin vəziyyətdə affekt halında olduqda isə birbaşa alfa dalğası ilə şüursuzluğuna yazılan qətl hadisəsini bilmədən törədir. Çünki izlədiyi filmlərdə çıxış yolu kimi bu göstərilib və bu hər hansısa lazımsız vərdişlərlə də özünü göstərə bilər. Xəstəlikdirmi ya yox? qisminə gəldikdə. Bir çox şəxsiyyət pozuntuları da var ki, bunlardan biridə "Psixopatlardır". Psixopatlarda mərhəmət hissi yoxdur. Törədəcəyi cinayəti isə əvvəlcədəndə planlaya bilər. Qətl zamanı çox rahat şəkildə heç bir mərhəmət, sevgi duyğusu olmadan qarşısındakı şəxsi qətlə yetirə bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB