“Olimpiadalara marağın artması sevindirici haldır” EKSPERTDƏN AÇIQLAMA
"Olimpiadalara qatılmaqla şəxs seçdiyi istiqamət üzrə biliyini zənginləşdirmək, təqaüdlü təhsil almaq, mükafatlar qazanmaq və s. şansı əldə edir. Olimpiadalara qatılmaq şagirdlərə praktiki, sürətli, əzmli, məntiqi, yaşıdlarına nisbətən daha yaxşı analiz qabiliyyəti qazadırır". SİA-ya açıqlamasında Elm və təhsil eksperti Rizvan Fikrətoğlu bildirib.
Onun sözlərinə görə, olimpiada, həm də özünəinamı olan şagirdləri aşkara çıxarır: "Bu yolla istedadlı şagirdləri seçib vaxtında yetişdirməklə peşəkar mütəxəssis hazırlamaq olar. Bunun üçün olimpiadalar geniş təbliğ olunmalı, bu istiqamətdə atılan addımlar səngiməməlidir. Ölkəmizdə ən mötəbər olimpiada olaraq, bütün fənlər üzrə təşkil edilən Respublika fənn olimpiadaları - RFO-nu misal çəkmək olar. Elm və Təhsil Nazirliyinin dəstəyi ilə 3 mərhələdən ibarət olimpiada 8-9-cu və 10-11-ci siniflər üzrə keçirilir. Qeyd etdiyimiz kimi, belə yaraşılarda yer tutmuş şagirdlər əlavə üstünlük əldə edirlər. Məsələn, RFO-da medalçı olmaqla hazırlıq qruplarına düşmə şansı əldə edilir ki, daha sonra nazirliyin təşkil etdiyi hazırlıq qruplarında təhsil almaq və ön sıralarda yer tutanda xarici olimpiadalara qatılmaq fürsəti qazanılır. Hətta yerli universitetlər də olimpiada nəticəsi olan şagirdləri müsabiqəsiz tələbə kimi qəbul edir".
Ekspert qeyd edib ki, yerli olipiadalarla yanaşı, IMO (Beynəlxalq Riyaziyyat olimpiadası), IPHO (Beynəlxalq Fizika olimpiadası), ICHO (Beynəlxalq Kimya Olimpiadası), IBO (Beynəlxalq Biologiya Olimpiadası), IOI (Beynəlxalq İnformatika olimpiadası) və IOAA (Beynəlxalq Astrnomiya-Astrofizika), MO (Balkan Riyaziyyat Olimpiadası), IzhO (Beynəlxalq Jautikov Olimpiadası), CMO (Qafqaz Riyaziyyat Olimpiadası), EGMO ( Avropa Qızlar Olimpiadası), IOM ( Beynəlxalq Metropolis Olimpiadası), AMC ( American Math Competition) kimi mötəbər olimpiadaları da diqqətə çatdırmaq olar: "Bu olimpiadalarda yer qazanmış gənclərə elmin qapısı açılmış olur, onlar bir sıra universitetlərdə təqaüdlü təhsil almaq imkanlarını əldə edirlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB