"“Prius"lar bugünün başlıca problemlərindən biridir” - EKSPERT AÇIQLADI

"“Prius"lar bugünün başlıca problemlərindən biridir” - EKSPERT AÇIQLADI

"“Prius"lar bugünün başlıca problemlərindən biridir”. Bu sözləri SİA-ya açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov deyib.

Onun sözlərinə görə, "Prius"larla Lada "VAZ 2107"lərin fərqi ondan ibarətdir ki, "Priuslar" bugün insanlara xidmət göstərirlər: “Onlar xidmət qarşılığında hər hansı bir kobud qayda pozuntusuna və digər pozuntulara yol verə bilirlər”.

Aslan Əsədov sözlərinə belə davam edib: “Digər bir fərq ona görədir ki, Lada "VAZ 2107"lər vaxtilə gənclərin müəyyən gəncliyini, enerjisini və özünü sübut vasitəsi idi. Amma bu gün üçün "Priuslar" konkret olaraq çörək, iş mənasındadır. Yəni "Priuslar" işlə, müəyyən proseslərlə bağlı müştərilərlə çalışdığı üçün bu hərəkətlərə yol verirlər. Təbii ki qayda pozuntusu birmənalı olaraq yolverilməzdir. Amma bunun fərqini demək lazımdır. Onun üçün də çıxış yolu tapılmalıdır. Çıxış yolu odur ki, mütləq "Prius"ların qrafiklərinə yenidən baxmaq və onları müəyyən qayda pozuntularına rəvac verən elementləri tapıb üzə çıxartmaq lazımdır. Niyə elə sürür? Məqsəd nədir? Bu və digər formada bu konspektə mütləq işlər görülməlidir”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə