“Hər şeyə mənfi çalarlarla baxa bilmərik“ - MÜNASİBƏT BİLDİRİLDİ
“Sosial şəbəkənin nemətlərindən istifadə etmək olduqca vacibdir, biz hər şeyə mənfi çalarlarla baxa bilmərik. Bu mənada Mədəniyyət Nazirliyinin “#TikTokdanÖyrən” layihəsini dəstəkləyirəm, olduqca maraqlı təşəbbüsdür. Hesab edirəm ki, burada mədəniyyət xətti ilə ayrı-ayrı alt strukturların müəyyən dərəcədə qabiliyyəti və istedadı məsələsini testdən keçirmək imkanı yaranır”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Fazil Mustafa deyib.
Deputat bildirib ki, layihəyə mükafatlandırma ilə yekun vurulması daha məqsədə uyğun olardı və həvəsləndirici mahiyyət daşıyar: “Layihə çərçivəsində təhsil, oxu vərdişi, musiqi və musiqi alətlərində ifa etməklə bağlı müəyyən həvəsləndirici tədbirlər həyata keçirilə bilər. Bu qəbildən olan bir çox sahələr var ki, onların hər birini əhatə etmək mümkündür. Cəmiyyətdə ümumi tənbəlləşməyə qarşı da hər hansı bir layihə hazırlana bilər. Bu cür layihələrin isə sonda mükafatlanma ilə sonlanması daha da həvəsləndirici olar və ənənə olaraq davam edərək, faydalı nəticələr verər”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB