"Bu cür hallardan heç kəs sığortalanmayıb" - Bahar Muradova

"Uşaqlara qarşı bullinqlə bağlı dövlət qurumları ilə əlaqələndirilmiş fəaliyyət həyata keçiririk". SİA xəbər verir ki, bu sözləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bullinqə məruz qalan uşaqlar barədə jurnalistlərin sualını cavablandırarkən deyib.

Sədr qeyd edib ki, bu cür hallardan heç kəs sığortalanmayıb: "Nə qədər işlər görülsə də, bu cür hallar baş verir. Baş verənlər işlərin görülməməsindən deyil. Nə qədər ki, insan, cəmiyyət var, bu cür hallar da olacaq. Düşünürəm ki, bu istiqamətdə işlər aparmaqla müəyyən qədər bu cür halların qarşısını ala bilərik. Biz hüquqi dövlətdə yaşayırıq. Hər kəs hüquqlarını bildiyi kimi, öhdəliklərini də bilməlidir. Hüquq-mühafizə orqanlarının gördüyü işə böyük inamım var. İnanıram ki, onlar heç bir halda ədalətsizliyə yol verə bilməzlər. Təbii ki, günahı olmayan şəxsin də bir gün günahsızlığı sübut olunacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə