"Yeni yol" layihəsi Bakı-Sumqayıt yolunda tıxacların həllinə yönəlib - AYDINLIQ GƏTİRİLDİ

"Yeni yol" layihəsi çox vacib elementlərə söykənən yoldur". Bu sözləri SİA-ya açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov deyib.

O bildirib ki, yolun özəlliyi ondan ibarətdir ki, Bakı şəhəri ilə Sumqayıt şəhərinin mövcud gediş-gəlişini təmin edə bilsin, mövcud yola olan yüklənmələri azalda bilsin: "Bu yol üzərində olan digər yolların yükünü azaltmış olsun. Yeni yol şəhərin demək olar ki, dağlıq hissələrində yerləşən daha sıx yaşayış məntəqələrini keçməklə bu ərazini Sumqayıt şəhəri ilə birləşdirəcək.

Yolun ekoloji faydalarına gəldikdə isə mövcud yolun bütün ekoloji problemlərini həll edə biləcək. Çünki biz yola nəzər salsaq, görəcəyik ki, günün istənilən saatı, uzun tətil günlərini çıxmaq şərtilə həftənin şənbə, bazar günləri belə tıxaclar olur. Bu tıxaclar müəyyən psixoloji və ekoloji narahatlıqlar yaradır. Hətta müşahidələr aparsaq, havanın müəyyən vaxtlarında şəhərdə tüstü görmək olur. O tüstü də ekologiyanin düşmənidir. Ona görə də, yolun faydalarını əsaslandırılmaqla yanaşı digər məsələ isə tıxacların aradan qaldırılmasına böyük töhfə verəcəyidir. Mən bunu neçə il ərzində araşdırmışam, müəyyən tədqiqat işləri aparmışam, üzərində çalışmışam ki, bütün texniki dərəcələrə və digər elementlərə uyğunlaşdıra bilim".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə