Vətən Müharibəsi Qəhrəmanı Camal İsmayılovun ailəsi ziyarət olunub

Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin rəhbər şəxsləri, Camal İsmayılov adına Neftçala Uşaq İncəsənət Məktəbinin rəhbərliyi və kollektivi Vətən Müharibəsi Qəhrəmanı Camal İsmayılovun ailəsini ziyarət edib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, əvvəlcə şəhid Camal İsmayılovun məzarı ziyarət olunub, ruhuna dualar oxunub və əziz xatirəsi anılıb.

Sonra şəhidin ailəsi ilə görüş keçirilib.

Görüşdə qəhrəman şəhidin atası Vidadi İsmayılov doğum günü münasibətilə təbrik edilib, yeni yaşında ona uğurlar dilənib. Ziyarət zamanı şəhid Camal İsmayılovun şərəfli ömür yolundan, Vətənə olan sevgisindən və döyüşlərdə göstərdiyi şücaətdən söz açılıb. Qeyd edilib ki, Camal və Vətən uğrunda canı fəda edən onun kimi digər şəhidlərimiz gələcək nəsillərə əsl örnək olaraq daim qəlblərdə yaşayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə