200 azn cərimələnə bilərsiz EKSPERTDƏN AÇIQLAMA

“Qanunda da qeyd olunur ki, sürücü və yaxud da vətəndaş saat 12-dən səhər saat 7-yə kimi yüksək səslə evdə, maşında, küçədə, restoranlarda, həyətdə musiqiyə qulaq asarsa, bununla bağlı şikayət daxil olarsa, polis əməkdaşları hadisəni araşdırır və şikayət təsdiq edilərsə, həmin şəxs 200 manat cərimə olunur”.Düşünürəm ki, bununla bağlı müraciətlər dərhal araşdırılmalıdır. Bunu SİA-ya açıqlamasında yol hərəkəti qaydaları üzrə ekspert Elməddin Muradlı deyib.

Onun sözlərinə görə, xüsusən yay aylarında kafe və restoranlarda insanlar gecə saatlarına kimi əylənir, yüksək səslə musiqi dinləyirlər: “Əvvəlki illərə baxanda bu hadisələr azalıb. Belə hadisələr olduqda dərhal polis əməkdaşları həmin şəxslər barəsində tədbir görür”.

Müəllif: Sevilin Abbasova

Bütün xəbərlər Facebook səhifəmizdə