“ Kim istədi taksi kimi fəaliyyət göstərir” EKSPERT MÜNASİBƏT BİLDİRDİ

“Sürücülər iki kateqoriya ayrılır:
1. Şəxsi avtomobillərindən istifadə edən sürücülər
2. ⁠Peşəkar sürücülər

Peşəkar sürücülər öz sənətindən zəhmət haqqı, çörək pulu qazanırlar, işləyirlər.
Nəqliyyat sahələrində bu işi onlar yerinə yetirirlər. Əsasən o nəqliyyat sahələri, ictimai nəqliyyat, yük daşımaları, sahibkarlara məxsus iş sektoru, müəyyən müəssisələrə məxsus nəqliyyat sektorunda işləyən sürücülərdir. Bu sözləri SİA-ya açıqlamasında nəqliyyat eksperti, texnika elmləri üzrə fəlsəfə doktoru, dosent Fərhad Eyyubov deyib.

Onun sözlərinə görə, taksi sürücüləri də həmin bu, kateqoriyaya mənsub olan sürücülər olmalıdır: “Hətta taksi sürücülərinə müəyyən tələbatlar var ki, həmin kateqoriyadan da artıq bu məsələ özünü göstərməlidir. Taksi sürücülər sağlam, ünsiyyət yarada bilən, psixoloji vəziyyəti çox normasında olan, öz sənətini sevən, şəhəri nisbətən yaxşı tanıyan, müəyyən məsələlərdə aqressiv olmayan, sağlam, yol hərəkəti qaydalarını bilən, təhlükəsizliyə tam təminat verən isanlar olmalıdır. İndi belə tələbata uyğun sürücüləri tapmaq çox çətindir. Vaxtı ilə 90-cı illərdən əvvəl Nəqliyyat Nazirliyi fəaliyyət göstərəndə, müəyyən taksi mator parkları vardı və həmin sürücülərdə bu xüsusiyyətləri yoxlayırdılar. Sağlamlıq haqqında arayış tələb edilir, bütün məsələlər yoxlanılır və nəzarət olunurdu. İndi isə Bakı şəhərində bu taksi daşımaları demək olar ki, çox bərbad vəziyyətdədir. İllərdir bu vəziyyəti düzəltmək üçün qayda qanunlar, fərmanlar olunur. Ancaq bu gedişdən bunları düzəltmək heç cür mümkün olmayacaq. Hal-hazırda bizim ölkəmizdə taksi şirkətləri(Uber, Bolt), operatorlar fəaliyyət göstərir. Onlar elə bir fəaliyyət göstərir ki, onların edilməsinin təşkili tamamilə başlı-başına buraxılıb. Ona görə də, bəzi müəssisələrdə onları işə götürdükləri zaman, sağlamlıq haqqında arayış tələb edirlər. Amma bu məsələlər başlı-başına buraxılıb. Ona görə də, həmin sürücülər necə istəyirlərsə o cür taksi fəaliyyətindən istifadə edirlər. Taksi kimi Bakı şəhərində müəyyən qeyri-dəqiq taksilərə görə 50-55 min taksi sürücü fəaliyyət göstərir. Onların qeydiyyatdan keçən, lisenziya alan, taksi fəaliyyəti modelinə yaxın 5-10 min taksi fəaliyyət göstərən sürücülər var. Əlavə taksi fəaliyyətiylə məşğul olanlar, necə gəldi hərəkət edirlər. Mən istəyərdim ki, ümumi nəzarət olunsun, sürücülər haqqında xüsusi göstəricilərə, təlabatlara uyğun olanları işə qəbul etsinlər.

Ekspert bildirib ki, taksi sürücüləri digər sürücülərdən fərqlənməlidir: “Onlar özlərinin mədəniyyətini elə nümayiş etdirməlidirlər ki, bizə xarici ölkələrdən gələn qonağlar, birinci növbədə taksi sürücüləri ilə ünsiyyətdə olurlar. Bizim ölkəmiz haqqında müəyyən məlumatları, onların hərəkətlərindən, yanaşma tərzindən asılı olaraq özlərində formalaşdırırlar. Mənə elə gəlir ki, uzun müddət taksi fəaliyyətinin nizamlanması üçün çalışmaq lazımdır. Nazirlər Kabineti, AYNA müəyyən məsələlər edirlər. Amma bu o qədər böyük həcimdədir ki, idarə edilməsi, təşkili və s. məsələlər hələki yerinə yetirilə bilmir. Taksi daşımalarında kim istədi taksi kimi fəaliyyət göstərir. Çox adam var ki, 5-10 maşın alıb taksi fəaliyyətinə istifadəyə verib. Yalnız o, pul qazanmaq fikirinə düşür və ona görə də gündə ona neçə manat plan verir ki, sən bu planı yerinə yetir, taksi fəaliyyətiylə məşğul ol. Taksi fəaliyyəti Bakı şəhərində və xüsusilə Respublikada böyük formada yerinə yetirilməlidir”.

Müəllif: Sevilin Abbasova

Bütün xəbərlər Facebook səhifəmizdə