“Yeniyetmələrdə ruh düşkünlüyünü və eyni zamanda aqressiv halların baş verdiyini görə bilirik. Bu gün yeniyetmələr həqiqətən yaşından asılı olmayaraq yenə də uşaqdır”. Bunu SİA-ya açıqlamasında psixoloq Aytən Ələkbərova deyib.
Onun sözlərinə görə, yeniyetmələrin hərəkətlərinin içərisində həm ailənin, həm də cəmiyyətin çox böyük rolu var: “Ailədə yaranan ən kiçik münaqişə yeniyetmələrdə bəzi düşüncələrin formalaşmasına gətirib çıxardır. İnsanlar sosial varlıq olduğu üçün bialoji baxımından, onların bədənlərində gedən proseslər metabolin turşusunun çoxalması, serotonin hormonuna bir başa təsir etməsi, yuxu sisteminin pozulmasına gətirib çıxardır. Bu insanın özündə davranışını pozuntusunu göstərə bilir. Bu baxımdan yeniyetmələrin yuxu pozğunluğundan əziyyət çəkməsi, onlarda ruh düşgünlüyü yaradır. Digər tərəfdən bu yaxınlarda bir ailədə 16 yaşlı qız var idi və onda yaranan bu səbəblərə görə, günahı validenylərində görürdü. Valideynlərinin onu dinləyibdə fikirinə hörmət etməməsi pis haldır: “Niyə valideynlərim məni dinləyə bilmir? Hansı səbəbə görə bu belədir?”. Biz bir ailəni araşdırdığımız zaman görürük ki, bunu bütün ailələrə şamil etmək olmur”.
Psixoloq qeyd edib ki, atanın hər hansısa iş problemi, onun ailədə söz-söhbətinə gətirib çıxardır: “Evdə əgər nənə, baba varsa onların övladlarıyla yüngül mübahisə etməsi, uşaqlarda qorxu halına gətirib çıxarda bilər. Yeniyetmənin həssas dövründə, onun ruh halına təsir edən bəzi kiçik bəhanələr olur. Siz də mənə deyə bilərsiz ki: “ Aytən xanım zamanında məndə ailə içərisində münaqişələr, problemlər görmüşəm lakin heç öz üstümə çəkməmişəm”.
Bəli, burda söhbət psixo-prosesdən gedir ki, yəni bu yaşanan zaman sənin hansı psixan buna reaksiya verir. Bu ruh halıvın içərisində birbaşa psixo xüsusiyyətin rol oynadığı üçün bəlkə də siz bu gün deyə
bilirsiz ki, mən güclü bir bəndəm və bunlara fikir vermirdim. Deməli burda yeniyetmənin davranış tərzinə təsir edəcək onun psixo xüsusiyyəti, həmin insanın, obrazı və möhrünü vuracaq 18 özəlliyini önə çıxır. Bu baxımdan onların ruh düşgünlüyünü biz səbəbsiz görmürük. Hər bir fərdin özünün buna görə fikirləri, davranışını toparlamağı üçün yolları var. Çünki söhbət insan psixasından gedir ki, əkiz olan şəxslər belə fərqli düşüncələrə sahibdirlər. Bu baxımdan psixo xüsusiyyətlərini valideynlər tanımalıdır və əks halda mütəxəssislərdən məsləhət alsınlar ki, sabah intihardan, çətin yeniyetməydən qarşılaşmasınlar”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB