Uşaqlara sərbəstlik verilməlidirmi? - İZAH EDİLDİ

Uşaqlara sərbəstlik verilməlidirmi? - İZAH EDİLDİ

"Uşaqlara sərbəstlik verilməlidir və bu hər yaş dövründə özünü fərqli formada göstərir. Hal-hazırda valideynlər uşaqlara öz istədiklərini etdirməyə çalışırlar. İstədiyi geyimləri geyindirməyə, yeməyi yedizdirməyə və daha çox sıxmağa çalışırlar. Bunun nəticəsində uşaqlarda özgüvən əksikliyi yaranır". Bunu SİA-ya açıqlamasında psixoloq Cəmilə Abbasova deyib.

Onun sözlərinə görə, uşaqlar sözlərini cəmiyyət içində deyib, özlərini müdafiə edə bilmir və hər zaman alçalmış kimi hiss edirlər: "Lakin valideynlər öz övladlarına seçim haqqı yaratsalar, az da olsa onların fikirlərinə sərbəstlik vermiş olarlar. Belə olduqda uşaqlar valideynlərinin onların seçimlərinə, qərarlarına önəm verir. Daha sonra isə uşaqda özünə inam formalaşar. Cəmiyyətdə özünü düzgün müdafiə edib, düzgün tanıdar. Çünki uşaqların sıxışdırılması psixoloji olaraq onların nitqinə də, bədən dilinə də hər zaman təsir edir.

Əziz valideynlər, müəllimələrə, pedaqoqlara çalışın uşaqlarla seçim haqqı verin, onların fikirlərini önəmsəyin. Önəmsəyin ki, düzgün formada özlərini cəmiyyətə, sosial mühitə tanıda bilsinlər”.

Müəllif: Sevilin Abbasova

Bütün xəbərlər Facebook səhifəmizdə